Deputatımız AŞ PA-nın tədbirinə qatılacaq

Milli Məclisin deputatı Rafael Hüseynov  Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün martın 10-da Parisə yola düşəcək. Bu barədə MM-in mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, tədbirdə internetə çıxış hüququ, yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri, kiberməkanda təhlükəsizlik, yeni nəsil avropalılar üçün təhsil çağırışları, Avropanın təhlükədə qalan mədəni irsi və digər mövzularda müzakirələr aparılacaq. Deputatımız gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, öz münasibətini bildirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00