Hərbi xuntanın radikal qərarları Rusiyanı parçlayır

Avtokratik bürokratiyanın Kremldəki şübhəli müzakirələri sosial cəmiyyətin narahatlılığına xidmət edir

Uzunmüddətli iqtisadi və sosial böhranın davam etdiyi Rusiyada siyasi qüvvələrin birtərəfli kəskin qütbləşməsi baş verir. Vladimir Putinin cəmiyyətin normal həyat şəraitini təmin etmək, ölkədə asayişi bərpa etmək cəhdləri yalnız avtokratik qaydaların möhkəmlənməsinə ximət edir. Vahid ideologiya, sonsuz güc qazanmaq və inhisarlaşma siyasəti Putinin avtoritar mütləqiyyətinin daşıyıcı xüsusiyyətləridir. Rusiyada bir qrup şəxs və ya bir qrup KQB maqnatının diktatorial qanunlara əsaslanan siyasi çərçivəsi daxilində siyasi müxalifətin və sosial cəmiyyətin bütün fəaliyyət istiqamətləri məhdudlaşdırılıb. Avtokratik dövlətləri adətən hərbi xunta, diktator, bir qrup oliqarx və s. idarə edir. Rusiyada dövlət idarəçiliyi isə diktatorun və müəyyən mənada hərbi xuntanın əlində cəmləşib. Diktatorların psixologiyası müəyyən mənada aqressiv elementlərlə zəngin olur və qeyd edilən parametrlər isə Putinin idarəçilik taktikasında tamamilə açıq görünür. Rusiya müxalifəti bu gün daxildə heç bir siyasi fəaliyyətə sahib deyil. Diktatorial hakimiyyət müxalifətin bütün siyasi gedişlərini dar çərçivədə məhdudlaşdırıb. KQB maqnatının özündə hiss etdiyi "sonsuz güc" müxalifətin iqtidarla rəqabətini inhisarlaşdırıb. Digər siyasi təşkilatların məhdud sayda mövcudluğuna da Kreml tərəfindən hiss ediləcək dərəcədə nəzarət edilir. Etiraf etmək lazımdır ki, rus hakimiyyəti Qərb nəzərində Rusiya cəmiyyətinin "müxalifəti istəməməsi" formasını yarada bilib. Avtokratik qaydaların genişlənməsinə önəm verən Putin administrasiyası dövlətin iqtisadi inkişaf strategiyasında o qədər maraqlı deyil. Avtoritar siyasi sistemlər müxtəlifdir: monarxiya, despotizm, mürtəce mühafizəkar, liberal avtoritar rejimlər və s. Rusiyanın idarəçiliyi mürtəce avtoritar rejimin əlində cəmləşib. Sistem limitsiz prezident hakimiyyəti ilə səciyyələnir və sosial tərəqqinin maneəsinə xidmət edir. Mürtəce rejim demokratiya, insan hüquq və azadlıqlarının, hakimiyyət bölgüsü, azad sahibkarlıq, azad rəqabət və əsas prinsipləri nəzərə alaraq sistemin gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, cəmiyyətin bütün sahələrində dövlətin daimi müdaxiləsini eyni tempdə saxlanılmasına nəzarəti həyata keçirir. Putin minilliklərin bütün avtoritar rejimlərinin ənənəvi və xarizmatik legitimliyi haqqında faktlara istinad edir. Rusiyada siyasətin zəif cəhətləri arasında dövlət və ya müxalifət lideri, ictimai maraq müəssisələrinin məhdud diksiyası bir qrup rəhbərin tam asılılığındadır. Avtoritar rejimin ekstremal vəziyyətlərdə müxalifət üzərində görünən açıq üstünlüyü var. Siyasi sabitliyin təmin edilməsində balansında olan qüvvə ehtiyatını səfərbər etməklə siyasi opponentlərin müqavimətini dəf etmək üçün xüsusi taktikaya sahibdir. Radikal sosial islahatlar Putin avtokratiyasının kök atması üçün səmərəli vasitədir. Bütün avtoritar rejimlər üçün onların fərqləndirmə və tipologiyası imkan verən ümumi və özünəməxsus xüsusiyyətləri Putin idarəçiliyində xarakterizə olunur. Bu fanatik siyasi qəbilə əlindəki siyasi hakimiyyəti konsentrasiya edir. İngilis yazarı Uilyam Şekspirin yaratmış olduğu avtoritar obraz Kral Anrinin dilindən deyilir: "Hər bir vətəndaşın vəzifəsi kralın əmlakıdır, onun şəxsi mülkiyyətidir". Bu mənada qaydalara itətsizlik çox hallarda rusların şəxsi azadlıqlarının əllərindən alınması ilə nəticələnir. Amerikalı siyasət alimi C.Kirkpatrik mürtəce avtokratiyanın hakim olduğu ölkələrdə cəmiyyətin həm sosial, həm də siyasi zümrəsində köklü dəyişiklərin yalnız sistemin şəxsi qaydalarının imkan verdiyi çərçivədə baş verdiyi qənaətindədir. Avstriyalı siyasət adamı Engelbert Dollfussun fikrincə desək, Rusiyanın idarəçilik elementləri fərdiyyətçilik və libertarianizmlə zəngindir. Bu çərçivədə Putin idarəçiliyi siyasi repressiya, hakimiyyətinin təminində yüksək konsentrasiya və mərkəzləşdirilmiş enerji ilə xarakterizə olunur. Rus avtoritarizmi ixtiyari qanundur, ali deyil. Kiçik qrupun seçki takelajı və mübahisəli qərarları lazımi adamları hakimiyyətə gətirir. Rus bürokratiyasının Kremldəki şübhəli müzakirələri sosial cəmiyyətin narahatlılığına xidmət edir. Putinin öz-özünü təyin etmək xüsusiyyəti vətəndaşları sərbəst seçimdən məhrum edir, müxalifətin siyasi rəqabət balansındakı qüvvələri pərakəndə şəkildə dağıdır. Rus hərbi xuntasının əsas vəzifəsi sosial və siyasi sabitliyə nəzarətin təmin edilməsi, vətəndaş cəmiyyətinin boğulması, silah və repressiya gücünə mübarizlik hissi boğulmuş insanların itaət və sədaqətini bərpa etməkdir. Rusiyadakı mövcud siyasi sistem xalqın tələblərinə adekvat performans nümayiş etdirir. Putin şəxsiyyətə pərəstiş şüurlu manipulyasiya vasitəsilə öz ardıcılları ilə özündən sonra kütləvi, yalançı demokratik asılılığını inkişaf etdirir. Hərbi xuntanın anlayışlar sistemi teleoloqikaldır, "əvəzsiz funksiyası"na az adam inanır, azlığın münasibəti qeyri-səmimidir. Lakin, ideologiyaya məcburi apellyasiya edilən cəmiyyətə avtokratiyyanın kleptokrasi elementləri vasitəsilə qorxu aşılanır, qaydalara dəstək təmin edilir. Putin avtokratiyasının davamlılığı Rusiyada korrupsiyanın əhatəli yayılmasında müstəsna əhmiyyətə malikdir. İri məbləğdə rüşvətin əldə edilməsi hakimiyyətin, aşağı korrupsiya sistemi isə rus parlamentinin əlində cəmləşib. Faktor Rusiyanın mütləqiyyət ibarəli dövlət olmasını sübut edir. Pornoqrafiyanın bürokratiyaya gətirilməsi də bu mənada Putinin enerji tənliyini də dəyişir. Avtokratizmin mənfi göstəriciləri, siyasi repressiya metodu və demokratik elementlərin keyfiyyətsizlik kataloqu Rusiya cəmiyyətini sosial xaosa itələyir. Putin avtoritar rəhbərliyin ehtirasla təmin edilmək cəhdləri dünya ictimaiyyəti tərəfindən tənqid edilir. Çünki, Rusiyada qanunlar Vahid Rusiya Partiyası (Единая Россия) tərəfindən birtərəfli qəbul edilir. Partiyanın qərəzli məhkəmə qərarları müxalifətin inkişafının qarşısını almaqla yanaşı Putinin legitimliyini şübhə altına alır. Tribal rəhbərlik özünü cəmiyyətin psixologiyasına "Kral Tanrıdır" libasında soxub. Bu çərçivədə səthi demokratik konstitusiya siyasi elitanın hökmranlığının konsentrasiyasına imkan yaradır. Vladimir Putin hakimiyyəti 15-ci əsrdə Rumıniya qarafı Vlad Drakula avtoritarizminin ehtivasıdır. Drakulanın feodal Rumıniyasına apardığı qırğın siyasəti bu gün Putinin aktivinə yazılır. Drakula kimi Vladimir "mütləq güc", "qadağa bilməyən kökmdar" və "mütləq hakim" olmasına inanır. Diktator Putin Qraf Drakula kimi hərbi forma geyinməsə də hər halda onun avtokratiyası hərbi kuntaya əsaslanır. KQB generalı Putin hərbi geyimdən imtinasını dünya birliyinin nəzərində diktator imicində görünməmək istəyinə bağlıdır.

Rusiyada siyasi, hərbi, iqtisadi və sosial istiqamətlər hakimiyyət tərəfindən inhisarlaşdırılıb

Putinin "imperiya povesti"nə 80 faiz rus pərəstiş edir. Həmin sadəlövh ruslar Putinin ömürlük prezident qiyafəsində görmək istəyir. Ruslar isə başa düşmürlər ki, Putin hakimiyyətdən gedərsə Rusiyanın əldə edəcəyi mənfəət artacaq. Rusiya isə İraq və Kolimbiyadan sonra mətbuatın hakimiyyətin əlində boğulduğu üçüncü təhlükəli ölkədir. Təkcə 2000-ci ildə Rusiyada Putinin hakimiyyətinin ilk ilində 21 jurnalist qətlə yetirilib. Ən azı Rusiyada Kreml əleyhinə təşkil edilən mitinqlərdə 100 nəfərdən çox insan həbs edilir. Sosial və siyasi cəmiyyətin bütün qütblərinə təzyiq və repressiya "Putinizim əfsanəsi"nin məhvedici elementidir. Putinin idarəçiliyi altında Rusiyada baş verən terror hadisələrində 500 nəfərdən çox insan həlak olub ki, onun 70%-ni ruslar təşkil edir. Həmçinin daxildə səhiyyə xərcləri artır, əhalinin məhsuldarlıq səviyyəsi aşağı düşür, əhalinin sayında azalma müşahidə edilir, alkoqolizmin səviyyəsi yüksəlib, qadınlara nisbətən kişilərin ölüm halları çoxalıb. Ölüm hallarının 18%-i 25 - 54 yaş arasında kişilər arasındadır, əsas səbəbləri intihar və alkoqolizmidir. İqtisadi rəqabətin azalmasına, şəffaf seçkilərin keçirilməməsinə və korrupsiya səviyyəsinin yüksəlməsinə görə Rusiyanın reytinqi xeyli dərəcədə aşağı düşüb. Rüşvətin alınmasına görə 163 ölkə arasında ən pis göstəriciyə sahibdir. Rusiya Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik İndeksi üzrə 125 ölkə arasında 62-ci yerdədir. Mülkiyyət hüquqları pozulur, qeyd edilən hüquqdan Putin və ondan asılı olan siyasi elita istifadə edir. Dövlət Neft Şirkəti "Rosneft" aktivləri Putin və ətrafı tərəfindən müsadirə olunur. Xarici investisiya və kapital axını demək olar ki, müşahidə edilmir, işsizliyin səviyyəsi təxmini olaraq 50%-lik göstərici ilə dəyərləndirilir. Ölkədə müstəqil sektorlar, televiziya və mətbuat orqanları ağır iqtisadi tənəzzülə görə bağlanır. Hakimiyyət milli valyutanın çapı və bölüşdürülməsinə nəzarət etmir. Son olaraq rus ordusunda əsgəri qüvvənin kəskin azalması baş verir. 2008-ci ildə orduda 1.20 milyon əsgər olduğu halda 2012-ci ildə rəqəm 800 minədək aşağı düşüb. Adolf Hitler (Almaniya), Benito Mussolini (İtaliya), Stalin (SSRİ), Xuan Karlos Burbon Franko (İspaniya), Pinoçet (Çili), Müəmmar əl-Qəddafi (Liviya), Səddam Hüseyn (İraq), Bəşər Əsəd (Suriya), Hüsnü Mübarək (Misir) nümunələri isbat etdi ki, avtokratizmin son nəticəsi ölkənin parçalanaraq zəif düşməsidir. Rusiyanın çox millətli dövlət olmasını nəzərə alaraq Putinin avtokratik siyasətinin ortaya qoymuş olduğu nəticə Rusiyanın xırda federativ respublikalara bölünməsi olacaq. Çünki, etnik azlıqlar Putinin hakimiyyəti altında tarixlərinin ən pis dönəmini yaşayırlar. Vladimir Putin hakimiyyətdən könüllü olaraq getməsə Rusiyanın parçalanması qaçılmaz olacaq. RF dövlət başçısının imperialist gedişləri demokratiklər tərəfindən sərt baxışlarla izlənilir. İdeologiyanın tək dəstəkçisi Putinin özüdür. Azlıq isə çoxluğa tabe olmadıqda onun məhv olması qanunauyğundur!

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00