Qərbin öz mövqelərini qorumaq üçün qrantlar ayırdığı faktdır

"Qərb ölkələrinin Azərbaycanda öz mövqelərini qorumaq üçün qrantlar ayırdığı faktdır". Bu fikirləri "OLAYLAR"-a Demokratik Qüvvələrin Məşvərət Məclisinin sədrlər şurasının üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc jurnalist Eynulla Fətullayevin "Milli Demokratiya İnstitutu Azərbaycanda facebook inqilabı üçün 2 milyon dollar ayırıb" açıqlamasına müansibət bildirərkən səsləndirib.  Partiya sədri onu da vurğulayıb ki, göstərilən məbləğ kifayət qədər böyük  olduğu üçün bu rəqəmlər  o qədər də  inandırıcı görünmür: "Burada məsələnin başqa tərəfi də var. Belə ki,  həmin bank rəqəmlərini Eynulla Fətullayevin hansı yolla əldə etməsi başa düşülən deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00