ATƏT PA-nın yay sessiyası İstanbulda keçiriləcək
11 Mart 2013 15:22 SiyasətATƏT-in Parlament Assambleyasının yay sessiyası Türkiyənin İstanbul şəhərində keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı yap.org.az saytına Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova verib. Bildirib ki, sessiyanın 29 iyun-3 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur: "Bu sessiyada bir sıra vacib məsələlər müzakirə ediləcək. Xüsusilə ATƏT-in gələcəyi, qurumun daxilində islahatların aparılması ilə bağlı ciddi məsələlərin müzakirə predmeti olacağı gözlənilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00