İrana nüvə komponentləri ötürən şəbəkə zərərsizləşdirilib

Türk və alman polisinin birgə keçirdiyi əməliyyat nəticəsində Avropadan İrana atom sənayesində istifadə olunan və satışı qadağan edilən komponentləri Tehrana qaçaq yolla  ötürən şəbəkə zərərsizləşdirilib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, komponentlər və avadanlıq gizli şəkildə Almaniya, Fransa və Hindistandan alınaraq qaçaq yolla Türkiyə üzərindən İrana göndərilirmiş. Əməliyyat nəticəsində məlum olub ki,  İrana qaçaq yol ilə göndərilən avadanlığın böyük bir hissəsi Ərakdakı uran zənginləşdirmə müəssisəsində qurulmaq üçün nəzərdə tutulub. İstanbul Hava Limanında isə Tehrana uçmaq istəyən və şəbəkənin lideri sayılan Hüseyn adlı şəxs polis tərəfindən saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00