Ermənilərdən növbəti həyasızlıq — Cıdır düzündə “Azərbaycan qutabı” bişirdilər (FOTO)

Ermənilərdən növbəti həyasızlıq — Cıdır düzündə “Azərbaycan qutabı” bişirdilər

İnsagram səhifələrinin birində paylaşılan erməni fotosu izləyicilər tərəfindən hiddətlə qarşılanıb.

"Ölkə.Az" xəbər verir ki, görüntüdə erməni qadınlarının Cıdır düzündə qutab bişirmələri əks olunub. İnstagram izləyiciləri tərəfindən hiddətlə qarşılanan foto böyük müzakirələrə səbəb olub. Bir sosial şəbəkə istifadəçisinin "Yazıqların özlərinə xas olan yeməkləri belə yoxdu ki, onunla öyünüb şəkil çəkdirsinlər.

Qutab da bizim Azərbaycan qutabıdır" yazdığı rəyi izləyicilər tərəfindən çox  bəyənilib..

Qeyd edək ki, Azərbaycan torpaqlarının 25 faizi  26 ildir ki, erməni işğalı altındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31