Jurnalistlərin qarşılıqlı səfəri ictimai rəyə təsir göstərə bilərmi?- Ekskluziv

Elçin Mİrzəbəyli: “Ultramillətçi və işğalçı əhval-ruhiyyə ermənilərin qanındadır”

Elçin Mİrzəbəyli: "Ultramillətçi və işğalçı əhval-ruhiyyə ermənilərin qanındadır"

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin jurnalistlərinin qarşılıqlı səfərləri barədə  razılığa gəlmələri prosesə hansı formada dəstək verəcəyəni təsəvvür etmirəm. Bundan əvvəl də ayrı-ayrı beynəlxalq təşkilatların layihələri çərçivəsində jurnalistlərin səfərləri olub. Amma hər hansı formada müsbət irəliləyişin şahidi olmamışıq". Bunu "Olaylar"a deyən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə,  erməni jurnalistinin Azərbaycana, Azərbaycan jurnalistinin Ermənistana gedişi ilə nə Ermənistan haqqında Azərbaycanda, nə də Azərbaycan haqqında Ermənistanda formalaşmış rəy dəyişməyəcək: "Azərbaycanda bu işğal faktı ilə bağlıdır. Nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib, hər hansı formada ictimai münasibətin dəyişməsindən söhbət gedə bilmz. Ermənistanda isə bu məsələ ultramillətçi və işğalçı əhval-ruhiyə ilə bağlıdır. Bu əhval-ruhiyə də genetik olaraq ermənilərin qanınadadır və bu qısa müddət ərzində təmizlənəcək məsələ deyil. Tarix də sübuta yetirib ki, yalnız zor və güc qarşısında ermənilər geriyə çəkilməyi, ultramillətçi və faşizm meyillərini gizlətməyi bacarırlar".  

Onun sözlərinə görə, prinsip etibarilə bu razılaşmanın hansısa fundamental formada prosesə təsir göstərəcəyinə ümid bəsləmək olmaz: "Razılaşma daha çox  danışıqlar prosesinin davam etdirilmsi ilə bağlı piar elementinə bənzəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən Rusiya xarici işlər naziri çox güman ki, fundamental məsələlərdə Ermənistana hər hansı bir formada təzyiq göstərmirlər, yalnız bu məsələdə, guya danışıqlar prosesinin irəli getdiyi barədə rəy formalaşdırmağa çalışırlar. Amma nəticə etibarilə bu elə də bir fundamental məsələ deyil". 

 

Çavuşoğludan Ermənistanı şoka salacaq Qarabağ AÇIQLAMASI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31