Paris Notr Dam kilsəsinin yanmasından daha çox Makron üzülüb

Deputat: "Adam 24 apreldə ermənilər üçün ağlamağa hazırlaşırdı"

"Paris Notr Dam kilsəsinin yanmasına həqiqətən üzüldüm. Çünki hansı millətin qüruru olmasına baxmayaraq sənətə sevgi və sayğı ilə yanaşmaq lazımdır. Maraqlı memarlıq nümunəsi olmaqla yanaşı daha çox Hüqonun dünyasına səyahət edərkən bu kilsənin darvazasından yola başlayırıq". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili qeyd edib ki,  Hüqo fransızlar üçün deyil, elə bizim üçün də maraqlı düşüncələr aşılayıb: "Ancaq fikrimcə bizdən də çox bu yanğına Fransanın prezidenti Makron üzülüb. Adam 24 apreldə ermənilər üçün ağlamağa hazırlaşırdı, fransızları da erməilərə ağlamağa çağıracaqdı. Çox güman ki, bu binəva Makron indidən ağlamağa başlayıb və 24-nə qədər göz yaşları quruyacaq. Gedişat bizim xeyrimizə olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31