Nikoldan Qarabağ açıqlaması: Yanlış yerə gəlib çatacağıq
Qarabağın həlliylə bağlı danışıqlar davam edir, tərəflər eyni dalğa üzərində qalmalıdırlar.
15 Aprel 2019 18:03 SiyasətQarabağın həlliylə bağlı danışıqlar davam edir, tərəflər eyni dalğa üzərində qalmalıdırlar.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, danışıqlarda tərəflərin ədalətli olmasına ehtiyac var:
"Əgər danışıqlar zamanı kimsə kimisə aldatmağa çalışırsa, biz yanlış yerə gəlib çatacağıq. Biz daimi olaraq sülhü təbliğ etmirik. Biz problemin həlli üçün müəyyən platformaların yaradılması haqqında təkliflər edirik", - o bildirib.
O, Ermənistanı müharibə ilə qorxutmağım mümkün olmayacağını iddia edib:
"Biz də həmçinin heç kimi müharibə ilə qorxutmuruq. Əsas odur, məsələni sülh platformasında həll edib-etməyəcəyimizi müəyyən edək. İstənilən sağlam düşüncəli adam sülh razılaşması üzərində işləməlidir. Əks halda danışıqların mənası yoxdur".