ABŞ-dan Venesuela barədə TƏHLÜKƏLİ GEDİŞ

ABŞ Juan Quaydonun prezident kimi tanınması haqqında BMT Təhlükəsizlik Şurasının qətnaməsini hazırlayacaq.

"RİA-Novosti"  xəbər verir ki, bu haqda ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

"Vaxt gəldi ki, Birləşmiş Millətlər Təşkilatı müvəqqəti prezident Juan Quaydonu Venesuelanın qanuni prezidenti kimi tanısın və onun nümayəndəsini qəbul etsin", - Pens deyib.

Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də - kütləvi etirazlardan sonra parlament spikeri Quaydonun özünü müvəqqəti prezident elan etməsindən sonra kəskinləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31