Əli Kərimli və onun yandaşları üçün Azərbaycanın gələcək taleyi yox, yalnız öz siyasi maraqları önəmlidir

"Bu gün bizə AXCP- "Milli Şura" tandeminin simasında ölkəni mitinqlərlə, qızışdırıcı və təhrikçi çağırışlarla Suriya ssenarisinə doğru sürükləməyə çalışan radikal müxalifət yox, REAL partiyası kimi sivil siyasi mübarizəyə, seçkilərə, sağlam siyasi rəqabətə üstünlük verən konstruktiv müxalifət lazımdır. "OLAYLAR" xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki,  Azərbaycanın indi nifrətə, xaosa köklənmiş şər qüvvələrə yox, müstəqilliyimizin və dövlətçiliyimizin qorunub saxlanmasının vacibliyini dərk edən, müxalifətçi olmağın ölkə və xalq qarşısında məsuliyyətini anlayan sivil siyasi qüvvələrə ehtiyacı var: "Amma görünən isə budur ki, Əli Kərimli və onun yandaşları üçün Azərbaycanın gələcək taleyi yox, yalnız öz siyasi maraqları önəmlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31