İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib

Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin iclası keçirilib.

Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin iclası keçirilib. "OLAYLAR"-a Milli Olimpiya Komitəsindən bildirilib ki, iclasda İHİF-in vitse-prezidenti və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib.

Tədbir çərçivəsində İHİF-in prezidentliyinə namizəd şəhzadə Abdulaziz bin Turki ALFAİSAL vitse-prezident Çingiz Hüseynzadə ilə görüşüb və qurumun fəaliyyəti haqqında müzakirə aparılıb. Həmçinin, İHİF-in baş katibi Mohammed Saleh AL-GARNAS, prezident səlahiyyətlərini icra edən Hamad Kalkaba Malboum adı çəkilən təşkilatın hesabatı ilə çıxış ediblər.

Xatırladaq ki, 8 aprel tarixində isə növbədənkənar Baş Assambleyanın iclası keçiriləcək. Assambleya çərçivəsində İslam Həmrəyliyi İdman Federasiyasının yeni prezidenti seçiləcək. 2021-ci il İslam Həmrəylik Oyunlarının keçirilməsinə dair müzakirələr gündəlikdə olan məsələlər sırasındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31