Nəcməddin Sadıkov İslam ölkələrinin anti-terror hərbi koalisiyası mərkəzində olub
Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam ölkələrinin anti-terror hərbi koalisiyası Mərkəzində olub.
8 Aprel 2019 12:00 SiyasətSəudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam ölkələrinin anti-terror hərbi koalisiyası Mərkəzində olub. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, general-polkovnik N.Sadıkov ilə qurumun rəhbərliyi arasında keçirilən görüşdə mərkəzin strukturu, əsas məqsədi və tapşırıqları, prioritet fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.