Tramp istəyinə nail oldu – Dünya Bankının yeni prezidenti
6 Aprel 2019 19:17 SiyasətDünya Bankının rəhbər kürsüsünə yeni təyinat baş tutub.
Olayları.az xəbər verir ki, bu barədə "RİA Novosti"də məlumat verilib.
Məlumata görə, ABŞ maliyyə nazirinin müavini Devid Malplass Dünya Bankının yeni prezidenti seçilib.
Malplassın bu posta namizədliyini ABŞ prezidenti Donald Tramp irəli sürmüşdü.
O, 5 illik vəzifəsinin icrasına 9 apreldə başlayacaq.
Qeyd edək ki, Dünya Bankının sabiq rəhbəri fevralın 1-də istefaya gedən Cim Yon Kim olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31