Erməni təxribat maşını fəaliyyətdədir- Siyasi analiz
Tiflislə Bakı arasında münasibətləri gərginləşdirməyin yeni üsulu
5 Aprel 2019 17:17 SiyasətTiflislə Bakı arasında münasibətləri gərginləşdirməyin yeni üsulu
Zaman-zaman Rusiyada olduğu kimi Gürcüstanda da müəyyən siyasi və hətta bəzi rəsmi dairələr Tiflislə Bakı arasında ziddiyyət, problem yaratmağa yönəlik fəaliyyətlərə üstünlük verirlər. Bu günlərdə daha bir anoloji proses müşahidə edilib. Belə ki, qonşu ölkədən iddia edilib ki, Azərbaycanla sərhəddin 34 faizi həll edilməyib və problemli məsələ kimi qalır. Halbuki ötən illər ərzində iki ölkə arasında sərhədlərin demək olar ki, tam müəyyən edilməsi və problemin tədricən aradan qaldırıldığı bildirilirdi. İndiki halda yenidən məsələnin gündəmə gəlməsinə diqqət çəkən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürcüstanın Azərbayacanla dövlət sərhəddinin 34 faizinin demarkasiya və delimitasiyasının həll olunmaması barədə açıqlaması rəsmi Tiflisin ölkəmizə qarşı qeyri-səmimi davranışı, strateji tərəfdaşlığa zidd addımdı kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, oliqarx B. İvanaşvilinin kölgəsi altında olan gürcü hökuməti enerji, nəqliyyat sahələrində Azərbaycana qarşı qarşı daima şantaja əl atır: "İndi isə, ərazi məsləsini ortaya atmaqla problemi dərinləşdirməyi hədədfləyirlər. İki qonşu ölkə arasında bu problemi ortaya atmaq İvanaşvilinin siyasi sisteminin Gürcüstanda erməni icmasının Rusiyanın əli ilə qabardılmasıdır. Ermənistan dəfələrlə strateji tərəfdaş olan Azərbaycan və Gürcüstan arasında əməkdaşlığa zərbə vurmağa çalışıb. Fikir versək, bu "təzyiqlər" Ermənistana Abxaziya dəmir yolunun açılması barədə məsələnin qaldırılması, Azərbaycan qazına alternativ olaraq "Qazprom"la danışıqlar və ardınca Azərbaycanın ərazi bütövlüyünə qarşı müharibədə iştirak etmiş erməniyə abidə ucadılmasına icazə verilməsi. İndi isə ərazi məsələsinin qabardılması müəyyən suallar doğurur. Qeyd edim ki, ötən ay Ermənistanın baş naziri Nikol Paşinyanla gürcü həmkarı Baxtadze sərhəddə qeyri-rəsmi görüşərək iikitərfli əməkdaşlığı müzkirə ediblər. Göründüyü kimi nə vaxt Paşinyan gürcü həmkarı ilə təmasda olur, yaxud gürcü rəsmilər Yerevana səfər edir, bundan sonra rəsmi Tiflisin Azərbaycana qarşı bu kimi siyasətə əl atdığını görürük".
Məhəmməd Əsədullazadə bildirib ki, Gürcüstanla dövlət sərhəddinin Ağstafa hissəsində qədim Alban kilsəsi mövcuddur: "Gürcüstan hakimiyyəti bu kilsəni özünün qədim irsi hesab edir. Təbii ki, bu, Azərbaycana qaşı Tiflisin ərazi iddiasıdır. Azərbaycan ərazilərində xüsusi ilə Borçalıda qədim kilsəslər qədim Azərbaycan dövləti olan Alban kilsələridir və bunun Gürcüstana heç bir aidiyyatı yoxdur. Sərhəddə yerləşən Azərbaycanın ərazi hissəsində olan Alban kilsəsinə iddia etməklə bir növ Qarabağ məsələsində ermənilərlə birlik nümayiş etdirir. Gürcüstan hakimiyyətinin bu siyasətinin məqsədi ölkəmizdən daha da çox imtiyazlar qoparmağa çaılışmasıdır. Bu siyasət regionda yeni probelmə gətirib çıxarar. Uduzan tərəf isə Gürcüstan olar. Azərbaycanın 20 faiz ərazisinin işğalının davam etməsi, Tiflisin bizə dəstək vermək əvəzinə problemi qabartması hesab edirəm ki, onların işi deyil. Tiflis vasitəsi ilə Azərbaycana qarşı hərəkətlilik Kreml tərəfindən ermənilərin təsiri ilə idarə olunur. Oliqarx İvanaşvili bu siyasəti zamanla reallaşdırmağa çalışır. İvanaşvilinin Azərbaycana qarşı mənfi siyasətinin daima şahidi olmuşuq. Amma unudur ki, Azərbaycan olmasa Gürcüstanın bir dövlət kimi təşəkkülü mümükün olmayacaq. Bu gün Gürcüstanın iqtisadi inkişafı Azərbaycan və Türkiyənin verdiyi dəstək hesabınadır. Sabah Ermənistan Gürcüstana ərazi iddiası irəli sürərəsə, Axalkalidə yaşayan erməniləri silahlandıracaq və nəticədə ikinci Qarabağ presedenti yaranacaq". Politoloqun qənaətincə, Kremlin təlimatlarını həyata keçirən İvanaşvili undur ki, Cənubi Osetiyada Rusiya hərbiçiləri sərhəddi hər keçən gün Gürcüstanın içərilərinə çəkməklə sabah Tiflsin yaxınlığında qərar tutacaqlar: "NATO-nun regionda fəallaşması, Bakı-Tiflis- Qars dəmir yolunun açılması müəyyən dairələri narahat edir. Yeni probelmi ortaya çıxarmaq, münaqişələri qızışdırmaq yalnız Moskvadan qaynaqlanıb. Regionda öz maraqları naminə bu siyasət onun ən təsirli təzyiq vasitəsi olub. Azərbaycan qonşuları ilə sülh və əməkdaşlığa üstünlük verib. Təəssüf ki, Tiflisin bu siyasəti Azərbaycanın sabah bu ölkəyə inamzsızlığına yol açacaq".
Füzuli