Türkiyə NATO-dan çıxarıla bilər – Ağ Ev narazıdır

ABŞ Türkiyənin NATO üzvü qalması üçün Rusiyadan S-400 zenit-raket kompleksi almaqdan imtina etməli olduğunu bildirib.

ABŞ Türkiyənin NATO üzvü qalması üçün Rusiyadan S-400 zenit-raket kompleksi almaqdan imtina etməli olduğunu bildirib.

Bu barədə ABŞ-ın NATO-dakı nümayəndəsi Key Beyli Xatçinson açıqlama verib.

Onun sözlərinə görə, Türkiyə S-400 raketlərinin alınması ilə bağlı müqaviləni ləğv etməlidir. Pentaqon S-400 raketlərinin alınması halında ABŞ-a məxsus F-35 qırıcı təyyarələri barədə məlumatın həmin sistemlərə ötürülə bilməsindən narahatdır.  

Xatırladaq ki, Ağ Ev rəsmiləri Ərdoğandan Putinlə S-400 raketlərinin alınması ilə bağlı sazişi ləğv etməsini inadla tələb edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31