Ermənilər Qarabağa görə təcili iclas tələb edir - Zöhrabyan
3 Aprel 2019 14:47 SiyasətƏliyev-Paşinyan görüşündən sonra qeyri-müəyyən situasiya yaranıb və ona görə də Ermənistan parlamentində məsələnin müzakirəsinə ehtiyac var.
Bu sözləri öz Feysbuk səhifəsində Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zöhrabyan paylaşıb. Onun sözlərinə görə, qapalı parlament iclasına təkcə Ermənistanın siyasi və hərbi rəhbərliyi yox, həm də Qarabağ separatçıları dəvət edilməlidir.
Qeyd edək ki, Əliyev-Paşinyan görüşü martın 29-da Vyanada baş tutub. Bu, tərəflər arasında ilk rəsmi görüş olub.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31