“Vyana görüşü göstərdi ki, Paşinyan irəli addım atmaqdan çəkinir” – Şərh

"Vyanada keçirilən görüşdə Ermənistan tərəfi yenə gözlənildiyi kimi qeyri-konstruktiv mövqeyindən əl çəkmədi. Nikol Paşinyan görüşdən əvvəl verdiyi bəyanatda sadəcə əvvəl verilən bəyanatların müzakirə olunacağını bildirmişdi. Görüş ərəfəsində tələm-tələsik belə açıqlamanın verilməsi göstərdi ki, Paşinyan kimlərdənsə ehtiyyat edir. Erməni cəmiyyətində Azərbaycanla razılaşmanın əleyhinə olan qüvvələr var. Təbii ki, bunların başında Qarabağdakı seperatçı qüvvələr gəlir. Həmin ərəfədə cəbhədə törədilən təxribat da bunun sübutu idi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib.

O bildirib ki, əsas müzakirə mövzusu və razılaşma bölgədə nisbi sabitliyin təmin edilməsi ilə bağlı olub: "Həmsədrlərin tərəflər "humanitar sahədə bir sıra tədbirlər nəzərdə tutulub" açıqlaması da diqqəti çəkən məqam oldu. Bu barədə əvvələr də oxşar sözlər deyilib, lakin Ermənistanın tutduğu mövqe səbəbindən baş tutmayıb. Burada əsas məqsəd əsirlərin dəyişdirilməsidir. Ermənistan rəhbərliyi israrla Qarabağda saxlanılan əsirlərin azad edilməsindən imtina edərək bunun onlara aid olmadığını iddia edir. Bu kimi yanlış, məsuliyyətsiz açıqlamalar səbəbi ilə bu məsələdə çox təəssüf ki, müsbət irəliləyiş əldə edilmir.Vyana görüşü göstərdi ki, Paşinyan gözləntilərin əksinə irəli addım atmaqdan çəkinir və mövcud vəziyyətin dava etməsində maraqladır. Çünki, erməni hərbi elitasında bu günlərdə xüsusi narazıçılıq var. Bunu "Əsgər anaları" komitəsinin İrəvanda keçirdiyi aksiyalar, həmçinin Paşinyanın bu günlərdə Ermənistan Silahlı Qüvvələrinin komandir heyəti ilə keçirdiyi görüş təstiq edir. Paşinyanın oğlunu Qarabağda xidmətə göndərərək xal qazanmaq cəhdi görünür ki, iflas edib. Çünki hələdə erməni ordusu içində onun siyasətinə qarşı narazılıq hökm sürür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31