Müsavatla Milli Şuranın mitinq anlaşılmazılığı

Jalə Tofiqqızı: “Kim "daha yaxşı mitinqçi" rolunu oynaya bilsə, onun sponsoru daha çox ənam ayıracaq"

Jalə Tofiqqızı: "Kim "daha yaxşı mitinqçi" rolunu oynaya bilsə, onun sponsoru daha çox ənam ayıracaq"

Müsavat Partiyasının aprelin 7-nə mitinq təyin etdiyini eşidən Milli Şura tələsik aprelin 6-na mitinq keçirmək barədə qərarını elan edib. AXCP ilə Müsavat arasındakı gərginlik bu bəhsəbəhsdən sonra lap da ortalığı qızışdırdı. Bu mənzərə əslində müxalifətin daxilindəki vəziyyəti tam çılpaqlığı ilə göstərir:

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi Jalə Tofiqqızı səsləndirib. O, bildirib ki, Milli Şura yenə də Müsavat Partiyası ilə bəhsə girib:  "Milli Şura niyə 1 gün əvvələ mütinq təyin edir? Öz qüvvəsinin Müsavatdan daha artıq olduğunu isbatlamağa çalışır. Yaxud Müsavatdan sonra mitinqə elektorat toplama problemindən qaçmaq istəyir. Müxalifət adına iki partiya (Onsuz da Milli Şura = yalnız AXCP) bir araya gələ bilmir. Hətta birlikdə mitinq keçirmək belə istəmir. Niyə? Çünki onların şəxsi maraqları və ambisiyaları xalqın mənafeyindən çox-çox daha üstdədir. Bu iki müxalifət partiyasının birlikdə mitinq keçirə bilməmə səbəblərindən biri də qrant mənbələridir. Məsələ bundadır ki, kim "daha yaxşı mitinqçi" rolunu oynaya bilsə, onun sponsoru daha çox ənam ayıracaq".  Jalə Tofiqqızı deyib ki, hər iki mitinqin şüar və tələbləri də eynidir: "Siyasi məhbusların azadlığı, korrupsiya, uşaq pullarının verilməsi, bir sözlə sosial problemlər. Göründüyü kimi, illər keçsə də, mİtinq keçirilməsinə əsas olmasa da, bunların şüarları dəyişmir və dəyişməyəcək də. Çünki müxalifətdə köhnə hamam, köhnə kafalardı. İnkişaf adında nədənsə əsər-əlamət yoxdur. Diqqət edin, ölkədə baş verən hər hansı hadisəyə, təbii fəlakətə və s. Prezident İlham Əliyev o qədər operativ müdaxilə edir, münasibət bildirir, tapşırıqlar verir ki, onun gündəmdə qalması belə aktuallığını itirir. Adını siyasi lider, siyasi fiqur qoyan biriləri isə, Prezidentin artıq həll etdiyi, yaxud həll edəcəyi bəlli olan məsələləri yeni bir problem kimi gündəmə gətirib, sonra onu öz "xidməti" kimi təqdim edir. Belələrindən nəsə gözləməyə dəyərmi? Hansı haqla və nəyə əsaslanaraq, bu şəxslər iqtidarın siyasətini bəyənməyərək xalqa ağıl öyrətməyə qalxırlar? Hakimiyyəti dəyişməkdən danışanlar bu yanaşma, bu ambisiya və bu siyasi baxışlarlamı dövləti idarə etməyi düşünürlər?".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31