"Vyanadakı danışıqlar müsbət keçdi amma irəliləyiş yoxdur"- Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Vyanada aparılan danışıqları müsbət qiymətləndirib.Bu barədə baş nazir erməni diasporu ilə görüşdə açıqlayıb.

"Görüşü müsbət qiymətləndirirəm. Ancaq deyə bilmərəm ki, danışıqlar prosesində irəliləyiş və ya təkamül var. Əsas odur ki, tərəflər problemlər barədə müzakirələr aparmağa başlayıblar", - Nikol Paşinyan qeyd edib.

sia

Vyana danışıqları: Paşinyanın məqsədləri puç oldu – Şərh

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31