İndoneziya səfiri: "Dağlıq Qarabağdan məcburi köçkün düşənlər mümkün qədər tez evlərinə qayıtmalıdır"
29 Mart 2019 18:00 Siyasət"Dağlıq Qarabağ probleminə hər zaman xüsusi diqqət yetiririk. Hesab edirik ki, Dağlıq Qarabağdan məcburi köçkün düşənlər mümkün qədər tez evlərinə qayıtmalıdırlar".
Bunu İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani Qobu qəsəbəsində məcburi köçkün və qaçqınlarla görüşündə deyib.
Səfir həmçinin vurğulayıb ki, İndoneziya ölkənin Azərbaycandakı səfirliyinin timsalında həmişə, o cümlədən Ermənistan tərəfindən işğal olunmuş ərazilər məsələsində Azərbaycan xalqının yanında olacaq.
"Bu torpaqlar yalnız Azərbaycana məxsusdur. Bu, Azərbaycanın hüququdur. Bizim üçün həmişə belə olacaq", - deyə Husnan Bey Fanani bildirib.
Səfir həmçinin qəsəbənin sakinləri ilə görüşüb və onların yaşayış şəraiti ilə tanış olub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31