Paşinyan deputatlarını bu gün Azərbaycana göndərir

Bu gün Ermənistanın hakim Mənim Addımım Blokundan olan deputatlar Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə səfər edəcəklər.

Bu məlumatı "Qraparak" qəzeti yayıb. Səfər tarixinin qəsdən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Vyana görüşü günü seçildiyi və bununla deputatların guya birlik nümayiş etdirmək istədiyi bildirilib.

Qarabağa gələcək nümayəndə heyətinə parlamentin vitse-spikeri Lena Nəzəryanın rəhbərlik edəcəyi bildirilib. Nümayəndə heyətinin tərkibində Mənim Addımım Blokundan olan parlament komissiyalarının liderləri, eləcə də parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasının üzvlərinin yer alacağı vurğulanıb. Səfər zamanı deputatların qondarma rejimin "parlamenti"ndə görüşlər keçirməsi nəzərdə tutulub.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31