“Erməni işğalında olan Azərbaycan sərhədlərinin azad olunmasına şərait yarada bilər” ŞƏRH

Azərbaycan regionda, eləcə də dünyada hər zaman qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verib, bu və ya digər ölkələrlə məhz bu prizmada, prinsiplər əsasında əməkdaşlığı inkişaf etdirib. Bu gün rəsmi Bakı eyni prinsiplərə sadiq qalaraq dünyanın əksər ölkələri ilə yüksək səviyyədə əməkdaşlıq qurur, bu əlaqələri inkişaf etdirir.

Azərbaycanın yerləşdiyi coğrafiyada normal şəkildə əməkdaşlıq etdiyi ölkələrdən biri də cənub qonşumuz olan İran İslam Respublikasıdır. Müntəzəm olaraq həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər Tehranla Bakı arasında əlaqələri, əməkdaşlığı daha da inkişaf etdirir, gələcək əməkdaşlıq üçün yeni-yeni imkanlar açır. Bu gün Azərbaycanla İran arasında sərhəd xidməti sahəsində də yüksək əməkdaşlıq mövcuddur. Düzdür, bəzi hallarda iki ölkə sərhəddində arzuedilməz insdentlər yaşanır. Ancaq onu da vurğulamaq lazımdır ki, sərhəddə belə halların baş verməsində heç bir tərəf maraqlı deyil və hətta bu kimi mənfi hallara qarşı Tehran və Bakı birgə mübarizə aparır. Bu günlərdə ölkəmizə qeyd edilən sahədə baş tutan səfər və keçirilən görüşlərdə vurğulanan fikirlər də belə deməyə əsas verir. Elə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu da bu fikirdədir. O, bildirib ki, İran-Azərbaycan sərhədi narkotacirlərin fəaliyyətini nəzərə almasaq, ən təhlükəsiz və sabit sərhəddir: "Təəssüf ki, narkotacirlərin müdaxiləsi getdikcə artır. 2019-cu ildəİran-Azərbaycan sərhədinə yanaşmada yeni keyfiyyət

hadisəsi baş verdi. Azərbaycana səfərində İran sərhəd qoşunlarının komandanı, general-leytenant Qasım Rzayi Novruz bayramını iki ölkənin sərhədçilərinin birgə qeyd etməsi təklifini irəli sürdü. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin İrana səfəri zamanı. Novruz bayramını iki ölkə sərhədçilərinin birgə keçirməsi barədə razılıq əldə olundu. Bu tədbirə və yaxud İranda yeni ilə yaxınlaşdıqca İran-Azərbaycan sərhədində gərginlik artdı. Ən azı 1 İran vətəndaşı yaralandı, ondan bir az öncə isə İrandan gələn narkotacirlərə qarşı mübarizədə 1 Azərbaycan hərbçisi həyatını itirdi".

Politoloq bildirib ki, İran tərəfdən narkotacirlərin sayının çoxalmasını və Azərbaycanla sərhəddə gərginliyin artmasını gözləmək olardı. Çünki İran tərəfdə İran-Azərbaycan sərhədinə tamamilə fərqli kontekstdən yanaşan qüvvələr var: "İrandakı bu qüvvələr İran-Azərbaycan sərhədlərinin təhlükəsiz, sülh sərhədi olmasında maraqlı deyillər. Tamam ayrı mahiyyətin

verilməsinin tərəfdarıdırlar. Lakin buna baxmayaraq iki ölkə sərhədçiləri Biləsuvar ərazisində Novruz bayramını birgə qeyd etdilər. Hər iki ölkənin sərhəd komandanları çıxış etdi. İranın Ali rəhbəri S.Ə.Xamneyi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətləri yayıldı. Hər iki tərəfdən olan milli musiqi bayram şənliyini daha da rövnəqləndirdi. Azərbaycanın sərhəd qoşunlarında baş verən dəyişikliklər fonunda İran və Azərbaycan sərhədçiləri arasında əldə olunan əməkdaşlığı aparılan işin məntiqi nəticəsi hesab etmək olar". Mübariz Əhmədoğlunun sözlərinə görə,  iki ölkənin sərhədçiləri arasında artan əməkdaşlıq, İranın sərhəd qoşunları komandanı Q.Rzayinin Azərbaycanla sərhədə pozitiv  münasibəti ehtimal etməyə əsas verir ki, yaxında İran-Azərbaycan sərhədinin Ermənistanın işğalı altında olan Araz qırağı hissəsinin də azad olunması istiqamətində müəyyən addımlar atıla bilər: "İki dövlət arasında 720 km quru sərhədinin təxminən 120 kilometri erməni işğalı altındadır. İran sərhədçiləri Azərbaycan sərhədçilərinə müəyyən kommunikativ, texniki dəstək verməklə Azərbaycan sərhədçilərinin öz dövlət sərhədinə sahib çıxmasına şərait yarada bilərlər. Ermənistanda hərbçi çatışmazlığına və həm də müəyyən qədər İrandakı

bəzi qüvvələrə güvəndiyinə görə Ermənistanın Araz qırağı boyunca hərbi hissələri xeyli zəifdir. Ora əlavə hərbi hissələri cəlb etməyə imkanı da yoxdur. Ermənistanın belə zəif vəziyyətdə olduğunu İran sərhədçiləri çox gözəl bilirlər. Ona görə İran sərhədçilərinin Azərbaycan sərhədlərinin işğaldan azad olunması istiqamətində Azərbaycan sərhədçilərinə verdiyi dəstək elə də ciddi enerji tələb etməyəcək. Hər halda belə bir vəziyyətə ümid etməyə əsaslar getdikcə daha çox artır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31