Saakaşvili reallıqla barışmalı oldu- TƏHLİL

Sabiq prezident müvəqqəti olaraq Gürcüstanın siyasi səhnəsini tərk edir

Gürcüstanda prezident seçkiləri başa çatsa və sabiq dövlət başçısı Mixail Saakaşvilinin dəstəklədiyi namizəd seçkilərdən məğlub ayrılsa da, lakin Saakaşvili hələ də hakimiyyət uğrunda mübarizəsini dayandırmaq fikrində deyil. Bu ölkədə cərəyan edən proseslərdən aydın olur ki, Saakaşvili indi də Gürcüstanda keçiriləcək parlament seçkilərinə hazırlaşır.  Hər halda Saakaşvilinin  sədri olduğu Vahid Milli Hərəkat Partiyasının rəhbərliyində baş verən dəyişiklik belə deməyə əsas verir. Elə əksəriyyət ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin sədri olduğu Vahid Milli Hərəkat Partiyası qurultay keçirərək Qriqol Vaşadzeni partiya sədri seçib. Onun sözlərinə görə, Mixail Saakaşvili özünün Gürcüstana qayıtmaq perspektivi olmadığı üçün rəhbərlikdən gedərək Vaşadzeni dəstəkləyib: "Onun bu addımı atmasında əsas səbəb növbəti parlament seçkilərində partiyasının qələbə çalmasına nail olmaqdan ibarətdir. Qeyd edim ki, Mixail Saakaşvili özünün partiya rəhbərliyində qalmasının mənasız olduğunun fərqində idi. Əgər, partiyanın rəhbərliyində qalardısa, növbəti seçkilərdə yenidən partiyası məğlub olacaqdı. Çünki, Saakaşvilinin artıq gürcü cəmiyyətində siyasi reputasiyasında ciddi boşluqlar var.Onun rəhbərlikdən gedərək, Qriqol Vaşadzeni dəstəkləməsi Gürcüstanda yeni siyasi mərhələnin başlanmasını və partiyanın güclənməsinə gətirib çıxaracaq. Qeyd edim ki, ötən il Gürcüstanda prezident seçkilərində Qriqol Vaşadze demək olar ki, birinci turda Salome Zurabaşvili ilə eyni səsə malik idi. İkinci turda hakim partiyanın seçiciləri ələ alması prosesi son anda dəyişə bildi. Amma, parlament seçkilərində İvanaşvilini surprizlər gözləyə bilər. Bu onu göstərir ki, növbəti parlament seçkilərində xalq Qriqol Vaşadzenin rəhbəri olduğu partiyanı dəstəkləyəcək. Ona görə də Mixail Saakaşvili taktiki siyasi gediş edərək Qriqol Vaşadzeni dəstəkləməklə doğru addım atdı. Vahid Milli Hərəkat Partiyasını Qriqol Vaşadze kifayət qədər elektoratını gücləndirəcək və demək olar ki, partiya parlament seçkilərində Bidzina İvanaşvilinin "Gürcü Arzusu" Partiyasını məğlub edə bilər".            Politoloq deyib ki, Gürcüstan əhalisi də hazırkı iqtidardan narazıdır: "Gürcülər yeni qüvvələrin hakmiyyətə gəlməsində maraqlıdırlar. Bu, yeni qüvvə məhz Qriqol Vaşadzenin olmaq şansı böyükdür. Əgər bu partiya seçkilərdə qələbə qazanarsa, o halda Mixail Saakaşvili ölkəsinə dönə biləcək". Məhəmməd Əsədullazadə onu da qeyd edib ki, Vahid Milli Hərəkat Partiyasının hakimiyyətə gəlişi ölkəmizin siyasi maraqlarına da cavab verir: "Gürcüstanla ölkəmiz arasında etimad mühiti daha da inkişaf edə bilər. Ermənistanla Gürcüstan arasında hazırkı dialoqlar və yolların açılması ilə bağlı görüşlərə son verilər. Bundan başqa Gürcüstan azərbaycanlıları bu ölkədə parlament seçkilərində Vahid Milli Hərəkat Partiyasının namizdələrini ötənilki seçkilərdə olduğu kimi dəstəkləməlidir. Əgər, İvanaşvili elektoratı hakmiyyətdən gedərsə, Gürcüstanda demokratiya inkişaf edəcək və azərbaycanlılar öz haqları uğrunda mübarizədə önə çıxa biləcəklər".

Müstəqil ekspert Rusif Məmmədsoy da Gürcüstanın siyasi cameəsində baş verənlərə diqət çəkib. Bildirib ki, Gürcüstanda Vahid Milli Hərəkat  Partiyasının yeni sədri seçilən Qriqol Vaşadze bu il keçirilmiş prezident seçkiləri zamanı öz namizədliyini irəli sürmüşdü. Hətta prezidentliyə əsas namizəd hesab edilirdi: "Lakin, son onda o hazırkı prezident Salome Zurabaşviliyə məğlub oldu. Bunun da əsas səbəbi məhz Bidzina İvanaşvilinin adı ilə bağlı idi. Hazırda isə Mixail Saakaşvilinin lideri olduğu partiyaya Vaşadzenin təyin edilməsi nəyə hesablanıb? Mixail Saakaşvili başa düşür ki, hazırkı vəziyyətdə ölkəyə dönüş etməyi mümkün deyil. Əgər gəlsə onu dərhal həbs edəcəklər. Bu halda isə ona ölkədə hərtərəfli mübarizə apara biləcək biri lazımdır. Bu posta datəbii ki, Vaşadzedən yaxşısı yoxdur.Həm də Vaşadzeölkədə yaxşı reputasiya formalaşdıra bilib. Partiya üzvləri də bu məsələyə müsbət yanaşıblar. Hansı ki, səsvermədə böyük əksəriyyət onun sədr seçilməsinin lehinə səs veriblər". Ekspert hesab edir ki, Qriqol Vaşadzenin bu təyinatı partiyanın gələcək taleyi üçün olduqca müsbət olacaq: "Qriqol Vaşadze Mixail Saakaşvilinin siyasətinin davamçısıdır. Bu səbəbdən də Qərb ona hazırkı iqtidardan daha çox güvənir və arzulayır. Hansı ki, hazırkı hökumətin formalaşmasının əsas icraçısı İvanaşvili ruspərəstliyi ilə seçilən oliqarxdır. Bu səbəbdən də NATO-nun, ümumilikdə Qərbin xüsusi maraq göstərdiyi Gürcüstanda, Vaşadze müxalifət kimi yaxşı işlər görə bilər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31