Amerikalılar Ağ Evi kimə etibar edəcək? SİYASİ BAXIŞ
27 Mart 2019 14:07 SiyasətPrezidentliyə namizədlərdən kimlər Azərbaycanın maraqlarına uyğun deyil?
Dünyanın daha bir super gücü prezident seçkilərinə hazırlaşır. Söhbət Birləşmiş Ştatlardan gedir. Gələn il okeanın o tayında növbəti dəfə prezident seçkiləri keçiriləcək. Birləşmiş Ştatlarda keçiriləcək prezident seçkiləri və seçkilərdə mübarizəyə qoşulacaq namizədlər barədə fikirlərini bölüşən müstəqil ekspert Kamran Sultanlı deyib ki, 2020-ci ildə Birləşmiş Ştatlarda keçiriləcək prezident seçkilərinə artıq bir-çox şəxslər, öz namizədliyini irəli sürüb. Onun sözlərinə görə, prezidentliyə namizədlər arasında arasında Beto Orurk, Berni Sanders, Kamala Harris, Tulsi Gabbard, Buffet və başqaları var: "Demokrat cəbhədə, Donald Trampa qarşı nüfuzlu senatorlar öz namizədliyini irəli sürür. Respublikaçıları, bu seçkidə məhz Donald Tramp təmsil edəcək. Demokrat camiədən ən şanslı yəhudi əsilli sosialist, Sanders sayılsa da, Orurkda özünün reytinqlərini artırır. Xüsusilə Orurk sutka ərzində, Sandersdən 0,2 milyon artıq ianə toplamaqla ciddi rəqib olduğunu göstərə bilmişdi. Orurk artıq Respublikaçılarla, ilk rəqabətdən qalib ayrıla bilib. O, Respublikaçıların dominantlıq etdiyi Texasda məhz onları məğlub edə bilmişdi. Sanders də Amerikada olduqca nüfuzlu şəxsdi. Yəqin ki, Demokratların vahid namizədliyi uğrunda mübarizə bu iki şəxs arasında gedəcək". Kamran Sultanlı onu da deyib ki, Donald Trampın Rusiya ilə əlaqəsini araşdıran, prokuror Muller tədqiqatı artıq başa çatdıraraq, Birləşmiş Ştaların Ədliyyə Nazirliyinə təqdim edib: "Yaxın zamanlarda, tədqiqatın nəticələri ictimaiyyətə açıqlanacaq. Əgər Donald Trampın Rusiya ilə əlaqələri sübuta yetirilsə, bu Demokratlar üçün olduqca böyük divident olacaq. Donald Trampın impiçment məsələsi gündəmdə olsa da, bunun reallaşacağını zənn etmirəm. İmpiçment məsələsi Nümayəndələr Palatasından keçəcəksə belə, Senatda Respublikaçıların üstünlüyü Donald Trampın impiçmentinin reallaşmasının qarşısını ala bilər. Əgər Senatda nəticələr bərabər olsa, o zaman son sözü ölkənin vitse-prezidenti deyir. Vitse-prezidentin Yevangelist, Respublikaçı Pensin olduğunu nəzərə alsaq, o Donald Trampı qoruya bilər. Bu baxımdan əgər Donald Trampın Rusiya ilə mövcud əlaqələri sübuta yetirilsə, Demokratlar Donald Trampın qarşısına layiqli namizəd çıxartmaqla, nəticələrdən istifadə edərək, onun imicinə zərbə endirmək və nüfuzunu aşağı salmağa çalışacaqlar. Lakin əgər tədqiqat Trampın xeyrinə nəticələnsə, Amerika lideri bundan seçki öncəsi maksimum istifadə edəcək. Mullerin tədqiqatına külli-miqdarda pul xərclənib. Bu zaman Tramp bu qədər məbləğin heçnədən xərcləndiyini qeyd edərək,öz nüfuzunu qorumağa və reytinqlərini artırmağa çalışacaq". Ekspert onu da deyib ki, hazırda Birləşmiş Ştatlar İŞİD lideri Bağdadini məhv etməyə çalışır: "Birləşmiş Ştatların Xüsusi Təyinatlıları Suriyanın Deyr-Əz-Zor şəhərində, Bağuğ ərazisində əməliyyata davam edirlər. Üstəlik bu əməliyyatı həyata keçirən Bin-Ladeni öldürən qruplaşmadır. İŞİD lideri ələ keçsə və ya öldürülsə, bu Trampın reytinqlərinə müsbət təsir göstərəcək. Donald Trampa digər mühüm dəstək isə Yəhudi lobbisi və Respublikaçıların əsas seçici nüvəsi olan Yevangelistlərdi. Tramp məhz bu aspektdən İsrailin maraqlarını qorumağa davam edir. Trampın ən böyük dəstəkçisi, yəhudi iş adamı Şendon Adelsondu. Güman ki, yəhudi lobbisi Trampa yenidən dəstək verəcəkl. Tramp Yeni Zellandiyada baş verən terror aktını, terror hadisəsi kimi qeyd etmədi. Bunun da ən əsas səbəbi, Trampın seçiciləri arasında kifayət qədər ağ supermarkist şəxslərin təmsil olunmasıdır. Birləşmiş Ştatlar texnokratları, iş dünyası bu seçkilərdə daha çox demokratları dəstəkləyəcək". Kamran Sultanlı onu da diqqətə çatdırıb ki, demokratlardan iki isim Azərbaycanın maraqlarına uyğun deyil: "Bunlar hindu əsilli,Tulsi Gabbard və Kamala Harrisdi. Harris Dağlıq Qarabağ məsələsində biraz ehtiyatlı olsa da, erməni soyqırımının tanıdılmasını zəruri olduğunu qeyd edir. Lakin Gabbard prezident seçiləcəyi təqdirdə, erməni soyqırımını tanıyacağını və Dağlıq Qarabağın təhlükəsizliyini gücləndirəcəyini qeyd edir. Gabbard Dağlıq Qarabağa səfər etdiyindən, Bakının qara siyahısındadır.Lakin Gabbard və Harrisin prezident seçilmə ehtimalının olmadığını düşünürəm. Dünyanın supergücündə keçiriləcək seçkilər bütün dünyanın gələcək həyatına təsirsiz ötüşmüyəcək".
Ekspert onu da deyib ki, Donald Trampın Qolan təpələri ilə bağlı mövqeyi yəhudi lobbisinin ona olan dəstəyini artırsa da, lakin ərəb dünyasının Trampa qarşı əks münasibətini formalaşdıracaq: "Birləşmiş Ştatlar prezidenti Donald Tramp Qolan təpələrini, İsrail ərazisi kimi tanımağın vaxtının çatdığını qeyd etmişdi. Tramp qərarını bu günlərdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə elan etməli idi. Lakin Tel-Əvivdə baş verən raket hücumu ilə əlaqədar qərarın rəsmiləşdirilməsi təxirə salınıb.Qolan Təpələri 1967-ci ildə, 6 günlük müharibədə İsrail tərəfindən işğal edilib. 1981-ci ildə isə, İsrail Knesseti təpələrin İsrail ərazisi elan edən qanun qəbul edib. Lakin dünya ictimaiyyəti, bu qərarı tanımır. Donald Trampın Qolan təpələri qərarından sonra Avropa Birliyi, BMT növbəti dəfə qərarın qəbuledilməz olduğunu açıqladı. Avropa Birliyinin Fəaliyyət Xidmətinin sözçüsü Mariya Kosyaçiç qeyd edib ki, Qolan təpələrini İsrail ərazisi hesab etmirlər. Hələ də, Qolan təpələri İsrailin işğal etdiyi Suriya ərazisi hesab edilir. 1981- ci ildə BMT Təhlükəsizlik Şurası 497 saylı qətnamə ilə işğalı qəti şəkildə pisləyib və Qolan təpələrinin Suriya ərazisi olduğunu qeyd edib. Qolan Təpələri ilə bağlı İsrail daxilində milli həmrəylik var. Lakin ara-sıra İsraildə müxtəlif siyasətçilər, təpələrin Suriyaya qaytarılmasını təklif edib. Qolan təpələri niyə bu gün bu qədər önəmlidir? Birincisi, Qolan su qaynaqları ilə zəngindir, həmçinin ərazinin zəngin flora və faunası var. Təpələr İordaniya, Suriya və Livanla həmsərhəddir. Bəllidir ki, İran artıq İsrailin sərhədlərinə qədər dayanıb. Əgər Qolan təpələri İsrailin nəzarətindən çıxsa, bu zaman İran və onun dəstəklədiyi qruplaşmalar asanlıqla İsraili təhdid altında saxlaya bilər. Çünki bu təpələrdən bütün İsrail görünür. Xüsusilə Qaliley qəsəbəsindən, Şərqi Qüdsü vurmaq və ya təhdid altında saxlamaq daha asandı. Suriya onsuz bir dövlət kimi, parçalanıb belə olan halda, rəsmi Tel-Əviv əsla bu strateji nöqtəni əldən buraxmaq istəməz. İkinci səbəb Qolanın su qaynağı, turizm-rekreasiya ehtiyatları ilə zəngin olmasıdır. Burada,"Katzrin" qədim kəndi, "Kursi" xristian monastrı, "Banas" və.s tarixi mərkəzlər var. Trampın Qolan təpələrini tanıması qərarına gəldikdə isə, 2020-ci il seçkilərində hazırkı Ağ Ev rəhbərinin yəhudi lobbisinin dəstəyinə ehtiyacı var. İsrailin təhlükəsizliyi Birləşmiş Ştatların Yaxın Şərq strategiyasının daima əsası olub. Tramp hakimiyyətə gəldikdən sonra isə İsrailin təhlükəsizliyini qorumaq tədbirləri daha da artırılıb. Trampın seçici kütləsi olan"Yevangelist Presveterianların" da İsrailin bir dövlət kimi təhlükəsizliyi, əsas ideoloji məqsədləridir. Bu baxımdan Tramp, seçki öncəsi verdiyi vədləri yerinə yetirməklə, seçicilərinin və yəhudi lobbisinin rəğbətini əldə etmək məqsədini güdür. Həmçinin ideoloji çevrənin təmsilçisi olan Tramp İsrailin təhlükəsizliyi və güclənməsi üçün yəhudi dövlətinə güclü kart-balanş və imkan tanıyır". Kamran Sultanlı bir məqama da diqqət çəkərək qeyd edib ki, Birləşmiş Ştatlar iqtisadiyyatının Donald Trampın Ağ Ev rəhbəri olduğu dövrdə inkişaf etməsi onun yenidən prezident seçilməsi ehtimalını artırır: " 2018-ci il dünyada ÜDM-ün həcmi 80 trilyon dollar olub. Onun 20,5 trilyon dolları Birləşmiş Ştatların payına düşür. Amerika 2018-ci ildə 20,5 trilyon dollar həcmində məhsul və xidmət ixrac edib. Hazırda Birləşmiş Ştatlar dünya ÜDM-nün 25,6 faizini təşkil edir. Birləşmiş Ştatlar və Çin birlikdə dünya iqtisadiyyatının az qala yarısını təşkil edir. Hər iki dövlətin birlikdə ÜDM-ü 34,5 trilyon dollara çatır. Amerikanın Kaliforniya, Texas, Nyu-york ştatları dünyada ayrıca bir iqtisadi güc ola bilərdilər. Misal üçün tək Kaliforniya 3 trilyin dollara çatan ÜDM-lə (2,9 trilyon dollar) Almaniyanın ÜDM-dən az fərqlə geri qalır (3,4 trilyon dollar). Kaliforniya ştatı ABŞ-ın əsas texnologiya mərkəzlərindən hesab edilir. ABŞ-ın Cənub ştatlarından olan, Texasın 1,8 trilyon, Nyu-Yorkun 1,7 trilyon dollara yaxın ÜDM-ü var. Bu ştatlar ayrıca dünyanın ən güclü 10 iqtisadiyyatından biri ola bilərdilər. Donald Trampın hakimiyyətə gəlməsindən sonra xarici siyasətdə, problemlər olsa da, iqtisadi göstəricələrə görə ciddi irəliləyişlər var. Misal üçün işsizlik 4,9 faizdən 3,6 faizə qədər enib. Bu rəqəm 60-cı illərdən bu tərəfə minimumdur. Qurumların vergisi 35 faizdən 21 faizə endirilib. Tramp 1,2 trilyon dollarlıq tarixin ən böyük vergi qanununu qəbul edib. Lakin bununla bağlı Trampa qarşı ciddi tənqidlər var. Çünki çoxları düşünür ki, Trampın vergi qərarı yalnız iş dünyasına sərf edir. ABŞ iqtisadiyyatının inkişafı tempi isə 2016-cı ildən indiki dövrə qədər, 1,6 faizdən 2,7 faizə qədər qalxıb. Bəzi analitiklər bu böyümənin gələcəkdə ciddi enişə səbəb olacağını düşünürlər. Çünki daima, ABŞ-da kəskin böyümədən, sonra,dərin böhran baş verir. Trampın dövründə ən böyük problem ticari kəsirin artması və borcun kəskin artımıdır. Tramp seçki kampaniyasında, bunun öhdəsindən gələcəyini desə də, bu istiqamətdə uğur qazanmağa müvəffəq olmayıb. ABŞ-ın 2018-ci ildə ixracı 1,5 trilyon dollar, idxalı isə 2,3 trilyon dollar olub. Ticari kəsir sürətlə artaraq 1 trilyon dollara doğru irəliləyir. Xarici borc isə Tramp dövründə 19,8 trilyon dollardan, 21,5 trilyon dollara yüksəlib. Büdcə kəsiri faizlə 9,6 faiz artıb. "Dew Jonesin" indeksi isə 2016-da 16000 idi və 2018-ci ildə, 26000-ə qədər yüksəlib. "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi dünya dövlətlərinin, 20 faizinin xarici borcunun ÜDM-ü keçdiyini qeyd edir. ABŞ-da bu rəqəm ÜDM-ün 106,7 fazini təşkil edir. Dünyada bu göstərici üzrə liderliyi Yaponiya edir. Yaponiyada borc ÜDM-ün 234 faizi olmaqla katostrafik həddədir. ABŞ texnokratları habelə, iş dünyası ABŞ siyasətində xüsusi rola malikdirlər. Çünki Amerikanın yaratdığı sistemdən yararlanan bu şirkətlər, uğurlu fəaliyyətləri üçün, siyasi partiyalara maliyyə dəstəyi verirlər. Daha çox bu texnokrat liderlər, Demokratlara yaxınlığı ilə seçilirlər. Misal üçün Amazon şefi, dünyanın ən varlı adamı sayılan, jeff Bozos Trampın qatı əleyhdarıdır. Bozos həm də Trampa qarşı, silsilə yazıları ilə seçilən Vaşinqtonun ikinci mühüm mətbua orqanı olan "The Washington Timesin sahibidir".
Süleyman