Ərdoğan onun namizədliyinə etiraz etdi: Vergidən yayınıb

CHP və İYİ Partiyasının qurduğu "Millət ittifaqı"nın Ankara namizədi Mənsur Yavaş bələdiyyə sədri olmaq potensialına sahib deyil.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, rəsmi sənədlərdə Mənsur Yavaşın vergidən yayındığı göstərilib:

"Mənsur Yavaşın seçkidən sonra nə olacağı bəlli deyil. Ankarada hazırda qeyri-müəyyənlik içərisindədir. Üstəlik, bu adam vergidən yayınıb. Maliyyə Nazirliyinin qeydlərində bu hal göstərilib. Saxta sənəd, vergidən yayınma - haradan tutsanız, əlinizdə qalır. Belə bir insanın Ankara kimi bir yerdə bələdiyyə sədri olması qəbuledilməzdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31