İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
24 Mart 2019 16:16 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Prokopis Pavlopulosa təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31