Londonda 1 milyondan çox insanın iştirakı iləmitinq keçirilib

Londonun mərkəzində minlərlə insan Brexitlə bağlı ikinci referendumun keçirilməsi tələbi ilə küçələrə çıxıb.

Metbuat.az xəbər verir ki, Hayd-parkda başlayan yürüş-mitinq parlamentin qarşısına qədər davam edib.

Mitinqdə Londonun bələdiyyə başçısı Sadiq Xan, Leyboristlər partiyasından olan deputat Tom Vatson, Şotlandiyanın birinci naziri Nikola Störgn, müstəqil deputat Anna Sörbi və sabiq baş prokuror Dominik Qriv də iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31