Qarabağın Ermənistana “birləşdirilməsi” kampaniyası başladı
19 Mart 2019 14:07 SiyasətSasna Çrer Partiyası Qarabağın Ermənistana birləşdirilməsiylə bağlı imzatoplanılma prosedurunu başladıblar.
Bunu jurnalistlərə açıqlamasında partiyanın katibliyinin koordinatoru Varujan Avetisyan deyib. O, hələlik bu prosedurun icrası üçün hansısa konkret mexanizmi prioritet saymadıqlarını və partiyanın bu mövzuda müzakirələr keçirməyə hazır olduğunu bildirib.
O, Ermənistan və Qarabağdakı əhalinin fikrinin öyrənilməsi üçün partiyanın Qarabağ nümayəndəliyinin yaradıldığını deyib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31