İlham Əliyev Efiopiyalı həmkarına başsağlığı verdi
11 Mart 2019 17:32 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti xanım Sahle-Uork Zevdeyə başsağlığı məktubu göndərib.
Başsağlığı mətnində deyilir:
"Hörmətli xanım Prezident,
"Efiopiya hava yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Efiopiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31