Qarabağ həqiqətləri podiumda təbliğ edildi

Qarabağ həqiqətləri, Xocalı soyqırımının dünyaya çatdırılmasında Azərbaycan diasporu artıq yeni təbliğat üsullarından istifadə etməyə başlayıb. Bu barədə məlumat "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olub. Bildirilib ki, Norveçdə yaşayan azərbaycanlı modelyer Şervin Nəcəfpur Qarabağ dərdimizi incə dillə anlatmağa çalışıb. Belə ki, o, yeni kolleksiyasının nümayişi zamanı fonda Azərbaycanın ərazi bütövlüyü, eləcə də işğal olunmuş şəhərlərinin adı "I'm a star in Khojaly", "I'm a star in Shusha", "I'm a star in Tabriz" və s. yayımlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31