“Əhəmiyyətli dəyişiklik var” – İrəvandan Qarabağ açıqlaması
7 Mart 2019 18:06 Siyasət"Qarabağın danışıqlar prosesinə cəlb edilməsi üçün Azərbaycanla yanaşı, ATƏT-in Minsk qrupu həmsədrlərinin də razılığı olmalıdır".
Bunu Ermənistan xarici işlər nazirinin müavini Savarş Köçəryan deyib.
Lakin Köçəryan işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin müzakirələrə qatılmasının Azərbaycanın maraqlarını əks etdirmədiyini bildirib:
"Həmsədrlər də yaxşı başa düşürlər ki, bu, tərəflərin razılığı ilə mümkün ola bilər".
Erməni diplomat qeyd edib ki, Ermənistan hökuməti Qarabağ münaqişəsinin həlli üçün Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmalardan imtina etməyib: "Bu istiqamətdə addımlar atılıb və bu gün sərhəddə əhəmiyyətli bir dəyişiklik var".
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31