Almaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib
7 Mart 2019 17:59 SiyasətAlmaniyanın sabiq xarici işlər naziri Klaus Kinkelin vəfat etməsi ilə əlaqədar Almaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
Martın 7-də və 11-də Almaniya səfirliyində həmçinin xatirə kitabı da açılacaq.
Almaniyanın sabiq XİN başçısı, Azad Demokrat Partiyasının (ADP) keçmiş sədri Klaus Kinkel martın 5-də 82 yaşında dünyasını dəyişib.
K.Kinkel 1992-1998-ci illərdə Almaniya XİN-ə rəhbərlik edib. Buna qədər isə o, ölkənin ədliyyə naziri olub. İstefadan sonra vəkillik işi ilə məşğul olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31