"Helikopterlərin iştirakı ilə hava əməliyyatları" - NATO-nun təlim qrupu BAKIDA
6 Mart 2019 18:52 SiyasətAzərbaycan Hərbi Hava Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə bəyan edilən Mi-17 helikopter cütlüyünün 1-ci səviyyəli NATO (NEL-1) qiymətləndirilməsinə hazırlıq məqsədilə Bakıda "Helikopterlərin iştirakı ilə hava əməliyyatları" mövzusunda seminar keçirilir.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
NATO-nun mobil təlim qrupu tərəfindən keçirilən və martın 8-dək davam edəcək seminarda müxtəlif mövzularda brifinqlər təqdim ediləcək.
milli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31