“Mən qarabağlı deyiləm, Sərkisyan və Köçəryan isə…” – Paşinyan Belçikada sərsəmlədi

"Qarabağ problem hərbi yolla həll edilə bilməz və biz bu məsələnin dinc yolla həllinə şərait yaratmalıyıq".

Bunu Brüsseldə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Ermənistanın baş naziri danışıqların formatının əhəmiyyətinə toxunaraq, oun beynəlxalq səviyyədə tanındığını bildirib.

Lakin Paşinyan bu dəfə də öz xislətinə sadiq qalaraq, işğal edilmiş Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlarda "üçüncü tərəf" olduğunu iddia edib: "İndiyədək danışıqlar prosesində yalnız Ermənistan və Azərbaycan iştirak ediblər".

Paşinyan Ermənistanın əvvəlki iki prezidentinin Qarabağdan olduğunu və "DQR"-i təmsil edə biləcəyini qeyd edib: "Amma mən Ermənistan vətəndaşıyam, Qarabağdan deyiləm. Buna görə də, danışıqlarda Qarabağın adından çıxış edə bilmərəm".

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31