"Qarabağda status-kvo uzun müddət qala bilməz” - Donald Tusk

"Əminik ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo uzun müddət belə qala bilməz".

Bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk martın 5-də Brüseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

"İki tərəf arasında danışıqlar prosesi və təmaslar ümidi artırır. Əminik ki, status-kvo uzun müddət belə qala bilməz. Beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin siyasi həllinin tapılması vacibdir", - deyə Donald Tusk vurğulayıb./Report/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31