Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Ə.M.Vəliyevin 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədalət Məqsəd oğlu Vəliyev 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilsin!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31