Azərbaycanlı deputat AŞPA-da vitse-prezident seçildi
23 Yanvar 2019 17:09 SiyasətMilli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yüksək vəzifəyə seçilib. "Olaylar"ın məlumatına görə, bu gün AŞPA-nın qış sessiyasında qurumun sosialistlər qrupunun iclası keçirilib.İclas zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Sabir Hacıyev sosialistlər qrupunun vitse-prezidenti, eləcə də qrupun büro üzvü seçilib. Milli Məclisin üzvü olan S.Hacıyev hazırda Vətəndaş Birliyi Partiyasının sədridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31