Finlandiya prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına indiki məqamda optimist yanaşıram"

Finlandiya ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün apardığı fəaliyyətini dəstəkləyir.

Bunu Avropa Şurası Parlament Assableyasının (AŞPA) qış sessiyasında Finlandiya Prezidenti Sauli Niinistö Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynovun sualına cavab olaraq bildirib.

Finlandiya Prezidenti bildirib ki, Dağlıq Qarabaq münaqişəsinin həll olunacağına indiki məqamda optimist yanaşır. O qeyd edib ki, əvvəllər o bu məsələdə optimist olmasa da bu gün buna çox inanır. Lakin prezident Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan və Azərbaycanın hər zaman olduğu kimi bu gün də əsas aktyorlar olaraq qaldıqlarını vurğulayıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31