"Prezidentin Davos Forumunda iştirakı onu göstərir ki, Azərbaycanla əlaqələrə böyük diqqət yetirilir”

"Davos İqtisadi Forumu çox geniş müstəvini əhatə edir. Baxmayaraq ki, tədbir iqtisadi məsələlərin müzakirəsinə həsr edilib, amma ümumi anlamda Forum iqtisadi, siyasi, ekoloji, bir sözlə dünyanı narahat edən istənilən məsələ üçün müzakirə meydanına çevrilir”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

"Davos İqtisadi Forumu çox geniş müstəvini əhatə edir. Baxmayaraq ki, tədbir iqtisadi məsələlərin müzakirəsinə həsr edilib, amma ümumi anlamda Forum iqtisadi, siyasi, ekoloji, bir sözlə dünyanı narahat edən istənilən məsələ üçün müzakirə meydanına çevrilir".

Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Davosda hər bir ölkə özünün iqtisadi maraqlarına uyğun olaraq mövqeyini bildirir və ikitərəfli münasibətlər qurmağa maraq göstərirlər: 

"Azərbaycan Prezidentinin Davosda görüşlər proqramı hər zaman çox zəngin və sıx olub. Dövlət başçısı ilə görüşmək istəyən təşkilat və şirkət rəhbərlərinin sayı həddindən artıq çoxdur. Azərbaycan investisiya üçün çox maraqlı ölkədir. Biznesin əlverişli inkişafı üçün maksimum şərait yaradır. Eyni zamanda Azərbaycanla birlikdə beynəlxalq aləmdə üçüncü ölkədə birgə əməliyyatlar aparmağa da çoxsaylı təkliflər var. Bu, Azərbaycanın daxili və xarici siyasətinin düzgün aparılmasından irəli gələn bir məsələdir. Bu görüşlərdə sadəcə müzakirələr getmir, konkret nəticələrə gəlinir".

Parlament üzvü bəyan edib ki, Davos Forumunun nəticəsini daha sonra Azərbaycan iqtisadiyyatına qoyulan investisiyada görürük: 

"Ötən il Azərbaycana 17 milyard dollar investisiya qoyulub. Bu, balaca rəqəm deyil. Sərmayənin böyük əksəriyyəti qeyri-neft sektoruna qoyulur. Neftdən gələn gəlirlər isə valyuta ehtiyatlarında toplanır. Həmçinin, sosial məsələlərin və məcburi köçkünlərin problemlərinin həlli üçün proqramlara yönəldilir. Azərbaycan öz inkişafının çox maraqlı modelini yaradıb. Cənab Prezidentimizin Davos Forumunda iştirakı və orada mühüm görüşlər keçirməsi bir daha göstərir ki, Azərbaycanın iqtisadi siyasəti düzgündür və beynəlxalq aləmdə Azərbaycanla əlaqələrə çox böyük diqqət yetirilir".

sherg.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31