"Forum Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətli olacaq”

"Davos İqtisadi Forumunda keçirilən görüşlər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün mühüm əhəmiyyət daşıyır". Bunu  politoloq Məhərrəm Zülfüqarlı deyib.

Politoloqun sözlərinə görə, Davos Forumunda aparıcı şirkətlərin, dövlətlərin rəhbərləri iştirak edirlər və qeyri-rəsmi görüşlər üçün geniş yer ayrılır: "Beləcə istənilən şirkət hansısa ölkə ilə münasibət qurmaq istəyirsə orada çox yaxşı mühit mövcuddur. Təbii ki, bu görüşlərin də ilboyu davamı olur. O cümlədən də Azərbaycanın 20 faiz torpaqlarını işğal etmiş işğalçı dövlətin baş naziri ilə də Prezidentimizin qeyri-rəsmi görüşü də onu göstərir ki, hətta düşmən dövlət və dövlət başçısı ilə də orada qeyri-rəsmi görüşmək mümkündür. Çünki rəsmi görüş üçün aylar lazımdır ki, hər şey razılaşdırılsın. Əvvəlcə XİN rəhbərləri görüşür, daha sonra ATƏT-in Minsk Qrupunun vasitəçiləri və s. Bu uzun çəkən prosesdir. Amma Davos İqtisadi Forumunda hətta bu cür görüşlər keçirmək üçün də imkanlar var. Artıq Azərbaycan Prezidenti orada çoxlu sayda görüşlərə başlayıb. Əlbəttə ki, bunların hamısının Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətli olacaq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31