İlham Əliyev: “Müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir”

Azərbaycanın getdikcə artan iqtisadi gücü və imkanları ölkəmizə bütün sahələrdə yeni-yeni perspektivlər, imkanlar vəd edir. Və sevindirici hal ondan ibarətdir ki, ölkəmiz bu imkanlardan daha səmərəli istifadə edir və yararlanır. Burada diqqət çəkən məqamlardan biri də odur ki, Azərbaycanın mövcud imkanlardan səmərəli istifadə edərək müxtəlif infrastuktur layihələri həyata keçirməsi təkcə ölkəmiz üçün perspektivli sayılmır və yalnız bizim maraqlarımıza xidmət etmir. Eyni zamanda Azərbaycanla qarşılıqlı faydalı şəkildə əməkdaşlıq etmək istəyən, yaxud əməkdaşlıq edən ölkə və dövlətlər də həmin layihələrin iştirakçısına çevrilir, onlardan müsbət dividentlər əldə edirlər. Necə ki, son illərdə ölkəmizdə müasir infrastruktur layihələrinin yaradılmasının timsalında bunu aydın şəkildə görmək mümkündür.

Azərbaycanın getdikcə artan iqtisadi gücü və imkanları ölkəmizə bütün sahələrdə yeni-yeni perspektivlər, imkanlar vəd edir. Və sevindirici hal ondan ibarətdir ki, ölkəmiz bu imkanlardan daha səmərəli istifadə edir və yararlanır. Burada diqqət çəkən məqamlardan biri də odur ki, Azərbaycanın mövcud imkanlardan səmərəli istifadə edərək müxtəlif infrastuktur layihələri həyata keçirməsi təkcə ölkəmiz üçün perspektivli sayılmır və yalnız bizim maraqlarımıza xidmət etmir. Eyni zamanda Azərbaycanla qarşılıqlı faydalı şəkildə əməkdaşlıq etmək istəyən, yaxud əməkdaşlıq edən ölkə və dövlətlər də həmin layihələrin iştirakçısına çevrilir, onlardan müsbət dividentlər əldə edirlər. Necə ki, son illərdə ölkəmizdə müasir infrastruktur layihələrinin yaradılmasının timsalında bunu aydın şəkildə görmək mümkündür.  Maraqlıdır ki, bu faktor əksər beynəlxalq təşkilat və qurumlar, dövlətlər tərəfindən də yaxından izlənilir, təqdir olunur. Eyni zamanda nüfuzlu beynəlxalq təşkilatların konfrans və toplantılarında Azərbaycanın həyata keçirdiyi insfrastuktur layihələrindən bəhs edilir, onun müsbət nəticələri, gələcəyə hesablanmış hədəflərindən bəhs edilir. Necə ki, bu günlərdə  ənəvəvi Davos forumu çərçivəsində keçirilən "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" adlı sessiyada müzakirə edildiyi kimi. Məlumat üçün qeyd edək ki. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" adlı sessiyada iştirak və çıxış edib.  Dövlət başçısının sessiyada çıxışı zamanı diqqət çəkdiyi əsas məqamlardan biri də müasir infrastukturun yaradılması olub. Dövlət başçısı qeyd edib ki,  müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir. Əslində reallıq da məhz bundan ibarətdir.  Xüsusilə Cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən keçən 15 ildən artıq müddət ərzində bu istiqamətdə görülən işlər, həyata keçirilən layihələr belə deməyə əsas verir.  Burada diqqət çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri öz-özlüyündə iki aspektdən özünü göstərir. Biri daxili, digəri xarici aspektlər. Daha dəqiq desək sırf daxil üçün nəzərdə tutulmuş infrastruktur layihələri ilə yanaşı, xarici faktrolar, regional və qlobal səviyyəli əməkdaşlıq üçün reallaşdırılan infrastruktur layihələri. Onu da qeyd etmək lazımdır ki, daxil üçün nəzərdə tutulan infrastruktur layihələrinin də bu və ya digər dərəcədə xarici faktorlarla bağlılığı var. Məsələn, dəmiryolunda həyata keçirilən yeni daxili infrastruktur layihələri birbaşa Bakı-Tbilisi-Qars dəmir yolu xəttini də özündə ehtiva edir. Daha dəqiq desək daxildə dəmiryolu nəqliyyatında yeniliklər edilməsə, infrastruktur layihələri həyata keçirilməsə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi perspektivli və rentabelli olmazdı. Yaxud magistral yol infrastrukturunun yenilənməsi, yaradılması Azərbaycan ərazisindən keçən əsas nəqliyyat dəhlizləri üçün əvəzsiz töhfədir.  Şimsl=Cənub Nəqliyyat Dəhlizi, Böyük İpək Yolu layihəsi və s. bu kimi layihələrin timsalında bunu aydın görmək mümkündür ki, məhz daxildə yol infrastrukturunun təkmilləşdirilməsi, inkişaf etdirilməsi bu sahədə regional və qlobal səviyyədə əməkdaşlıq üçün imkanlar açır.  Təsadüfi deyil ki, burada Azərbaycanın yerləşdiyi məkan da xüsusi önəm kəsb edir. Daha dəqiq desək ölkəmizin əlverişli coğrafi məkanda yerləşməsi nəqliyyatın müxtəlif sektorlarında regional və qlobal səviyyəli əməkdaşlıq üçün imkanlar yaradır.  Bu da öz-özlüyündə Azərbaycanın regionda əsas faktor olduğunu göstərməklə yanaşı, ona olan marağı, əməkdaşlıq istəklərini artırır.  Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Davosda söxügedən sessiyada çıxışı zamanı bu məqama diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktura, yəni, daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük. İlham Əliyev qeyd edib ki. biz yolların, magistralların, hava limanlarının tikintisi, qazlaşdırmanın aparılması, elektrik enerjisinin generasiyası üçün ölkə daxilində infrastruktura sərmayə yatırırıq: "Biz, həmçinin nəqliyyat infrastrukturuna da sərmayə yatırmışıq. Bu da bizə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək".

Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olduğunu diqqətə çatdıran dövlət başçısı deyib ki, Çin hökumətinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyirik: "Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Biz artıq bunu müşahidə edirik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Biz yaxşı tarif siyasətini yaratmaq üçün vəsait sərf edirik. Yükdaşımaların həcmi də artır. Yalnız Şimal-Cənub dəhlizi vasitəsilə keçən il ondan əvvəlki illə müqayisədə on dəfə çox yük daşınıb".

Göründüyü kimi, Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi, eləcə də regionda müxtəlif istiqamətlərdə, xüsusilə də tranzit nəqliyyatı sahəsində əməkdaşlıq istəkləri və bu istiqamətdə atılan real addımlar Bakıya olan beynəlxalq diqqəti də artırır və Azərbaycanla qeyd edilən sahələrdə əməkdaşlıq etmək istəyən tərəflərin sayını artırır. Bu isə öz növbəsində ölkəmiz üçün yeni-yeni perspektivlər, imkanlar vəd edir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31