Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
23 Yanvar 2019 13:56 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda "Equinor" (keçmiş "Statoil") şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.
Görüşdə "Azəri-Çıraq-Günəşli" yataqlar bloku ilə bağlı SOCAR-la "Equinor" şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Dövləti başçısı "Equinor"un Azərbaycanda fəaliyyətini davam etdirməsindən məmnunluğunu bildirib.
Söhbət zamanı "Qarabağ", "Əşrəfi", "Dan ulduzu" perspektiv layihələri və "Dədə Qorqud" qurğusunun təmiri ilə bağlı fikir mübadiləsi aparılıb.
AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31