Azərbaycan dünyada böyük etimad qazanan ölkədir

İlham Əliyev: “İqtisadi cəhətdən güclü olan Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil xarici siyasət yürüdür”

İlham Əliyev: "İqtisadi cəhətdən güclü olan Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil xarici siyasət yürüdür"

Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət nəticəsində ölkəmizdə iqtisadi inkişaf dinamikası təmin edilib. Həyata keçirilən çoxsaylı iqtisadi layihələr nəticəsində ölkənin strateji maliyyə ehtiyatları onun xarici borcunu üstələyib. İri dövlət investisiyaları hesabına yeni iş yerləri açılıb ki, bu da öz növbəsində işsizliyi əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanda aparılan geniş abadlıq-quruculuq işləri, nəqliyyat infrastrukturunun yenilənməsi, sahibkarlara və iş adamlarına dövlətin güzəştli kreditlər verməsi sənaye və kənd təsərrüfatının inkişafına səbəb olur. Məlum olduğu kimi Azərbaycanda  iqtisadi inkişaf davamlı xarakter daşıyır. Bu amil isə ölkənin müstəqil xarici siyasət yürütməsinə zəmin yaradır. Məhz bu siyasətin nəticəsidir ki, beynəlxalq müstəvidə bir sıra uğurlar əldə olunub, ölkəmizin dünyada artan nüfuzu daha da güclənib. Daha dəqiq ölkədə makroiqtisadi sabitlik təmin olunub. Təkcə örən il iqtisadi artım 1,4% təşkil edib, qeyri-neft sektoru 1,8%, sənaye istehsalı 1,5%, qeyri-neft sənaye məhsulu 9,1%, kənd təsərrüfatı 4,6%, əhalinin nominal gəlirləri 9,2% artıb. Əsas kapitala 17,2 mlrd. manat investisiya qoyulub ki, bunun da 65,5%-i və ya 11 mlrd. manatdan çoxu qeyri-neft sektoruna yönəldilib. 2018-ci ilin yanvar-noyabr aylarında xarici ticarətdə müsbət saldo 8,6 mlrd. dollar təşkil edib, ixrac 36% artaraq 19 mlrd. dollara çatıb. Ölkənin valyuta ehtiyatları 3 mlrd. dollar artıb və hazırda 45 mlrd. dollar təşkil edir. Ötən il 118 min daimi iş yeri yaradılıb. Xarici borcun ÜDM-ə nisbəti 19%-dək enib. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin Davos Forumu çərçivəsində Çinin CGTN televiziyasına müsahibəsində qeyd edib ki, iqtisadi cəhətdən güclü olan Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil xarici siyasət yürüdür. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanın iqtisadi gücü onun müstəqi xarici siyasət yürütməsində əhəmiyyətli rol onayıb. Nəticədə xarici siyasət sahəsində əldə edilən naliyyətlər ölkəmizin beynəlxalq imicinni artmasına səbəb olub. Hazırda Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Artıq qətiyyətlə demək olar ki, Azərbaycan nəinki regionda, eləcədə beynəlxalq aləmdə nüfuzlu və etibarlı tərəfdaşa çevrilib. Sirr deyil ki, ölkəmizin dünyanın aparıcı dövlətləri ilə strateji tərəfdaşlığa nail olması səbələrindən biri Azərbaycanın dinamik iqtisadi inkişafa nail olmasıdır. Artıq Azərbaycan nəinki dünyada mövcud olan qlobal siyasi, eləcə də iqtisai və humanitar problemlərin çözülməsi prosesinə öz töhvəsini verməkdədir. Məhz bu kimi addımların nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar və güc mərkəzləri dünya siyasətində Azərbaycanın rolunu qəbul edir, onunla hesablaşmaq zorunda qalırlar. Elə bu səbədən də beynəlxalq maliyyə qurumları Azərbaycanı donor ölkə kimi yoxsul ölkələrlə bağlı həyata keçirilən layihələrdə iştiraka dəvət edirlər. Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyevanın Prezident İlham Əliyevlə görüşündə Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən yoxsul ölkələrə dəstək proqramına Azərbaycanın donor ölkə kimi qoşulmasını təklif etməsi dediklərimizi bir daha təsdiq edir. Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də etiraf edilməkdədir. Nəzərə almaq lazımdır ki, "Doing Business 2019" hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması həyata keçirilən çox vacib islahatlar nəticəsində mümkün olub. Təsadüfi deyil ki, Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva Prezident İlham Əliyevi ölkədə aparılan uğurlu islahatlar və Azərbaycanın Dünya Bankının "Doing Business 2019" hesabatında 25-ci yerə yüksəlməsi münasibətilə təbrik edib. Bildirib ki, bu, Dünya Bankının "Doing Business" reytinqinin tarixində ən uğurlu və böyük nailiyyətlərdən biridir. O, bu uğurlu islahatların bundan sonra da davam etdirilməsinin önəmini vurğulayıb. Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu bildirən xanım Kristalina Georgiyeva qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi struktur islahatlarının və iqtisadi islahatların əhəmiyyəti son illər dünyada iqtisadi artım sürətinin azalması fonunda daha da artmaqdadır. Bildirib ki, Dünya Bankı Azərbaycanda reallaşdırılan iqtisadi siyasəti və islahatları dəstəkləyir. Bu islahatlar Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına, yeni iş yerlərinin yaranmasına mühüm dəstək verəcək. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Xatırladaq ki, ölkədə həyata keçirilən iqtisadi islahatların nəticəsidir ki, "Doing Business 2019" hesabatında ölkəmiz yeni rekorda imza atıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və əvvəlki illə müqayisədə 32 pillə irəlilələməklə 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında lider mövqeyə yüksəlib. Xatırladaq ki, Azərbaycanın iqtisadi inkişafı, onun dünya siyasətində söz sahibinə çevrilməsi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən adekvat addımlarla qarşılanmaqdadır. Heç şübhəsiz ki, bu, ümumilli problemimiz olan Dağlıq Qarabağ məsələsinin ədalətli həllində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev tərəfindən paralel şəkildə həyata keçirilən siyasi, iqtisadi islahatlar Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapmasına şərait yaradır. Dövlət başçısının siyasi iradə nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən qəbul edilir. Azərbaycan Prezidentinin yürütdüyü müstəqil xarici siyasət xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini müəyyənləşdirir. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla paralel regional liderə çevrilən Azərbaycan müstəqil siyasət yürütməəkdə davam edir.  

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31