"Paşinyan İlham Əliyevə minnətdar olmalıdır"

“Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub. Bu onların ikinci görüşü idi. Fikrimcə, tərəflərin Düşənbə görüşündəki müzakirəsi davam edəcək. Paşinyan Düşənbədə zəif baş nazir idi, çünki Ermənistan parlamenti hələ “Qarabağ klanının” nəzarətində idi. Ona görə Paşinyan Düşənbədə İlham Əliyevə qəti bir söz deyə bilməzdi”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

"Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub. Bu onların ikinci görüşü idi. Fikrimcə, tərəflərin Düşənbə görüşündəki müzakirəsi davam edəcək. Paşinyan Düşənbədə zəif baş nazir idi, çünki Ermənistan parlamenti hələ "Qarabağ klanının" nəzarətində idi. Ona görə Paşinyan Düşənbədə İlham Əliyevə qəti bir söz deyə bilməzdi". Bunu  politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, buna baxmayaraq, Düşənbə görüşündən sonra atəşkəsin pozulması halları azalıb, buna görə Paşinyan İlham Əliyevə minnətdar olmalıdır, əks halda Paşinyan ciddi problemlərlə üzləşəcəkdi: "Rəsmi Bakı Paşinyana dekabrda seçkini rahat şəkildə keçirməyə imkan verdi və o qələbə çaldı, "Qarabağ klanını" parlamentdən uzaqlaşdırdı. Azərbaycan hakimiyyəti düşündü ki, "Qarabağ klanı"ndansa Paşiyanla danışıqlar aparmaq daha münasibdir. Doğru strategiya idi. Ancaq Paşinyana verilən imkan limitini uzatmaq da olmaz. Hazırda parlament Paşinyanın nəzarəti altındadır. Ona görə də Davos görüşünün məzmunu fərqli olmalıdır və artıq Ermənistanın baş nazirinə əlavə vaxt verməyə lüzum yoxdur".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31