"Qeyri-rəsmi görüş fevralda müsbət nəticələrini verəcək"

"Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevlə çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni hazırlanan gündəlikdə əks olunan detalların müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir". Bu fikirləri politoloq İlqar Vəlizadə deyib.

Görüşün saat yarım müddətində davam etdiyini deyən politoloq vurğulayıb ki, bu müddət ərzində aparılan danışıqlarda bizim üçün Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtması və digərləridir ki, bunlarla bağlı məsələlərin konkret şəkildə müzakirə olunması maraqlıdır: " Ermənistan üçün isə regionda blokadan çıxmaq məsələsi maraqlıdır. Çünki blokada vəziyyətində olmaq onların sosial iqtisadi vəziyyətinə ağır zərbələr vurub. Paşinyan xalq müəyyən vədlər versə də, onları indiki şəraitdə yerinə yetirə bilmir. Bu vədlərin yerinə yetirilməsi üçün danışıqlar intensivləşməlidir. Bu görüşün nəticələri mütləq şəkildə fevral ayında baş tutacaq XİN başçılarının görüşündə öz nəticəsini verəcək".

Münaqişənin həlli istiqamətində yeni hazırlanan gündəliyin qaralama formasının Azərbaycan və Ermənistan XİN başçılarının son bir neçə görüşləri zamanı hazırlandığını deyən politoloq söyləyib ki, fevral ayında baş tutacaq növbəti görüşdə gündəlik tam şəkildə formalaşa bilər ki bu da danışıqların yeni mərhələyə qədəm qoyması deməkdir.

İ.Vəlizadə bildirib ki, bir müddət bundan öncə Ermənistan vahid mövqe nümayiş etdirmək üçün ölkədə siyasi proseslərin başa çatmasını bəhanə edirsə, artıq Ermənistanda seçkilərin başa çatması və yeni hökumətin formalaşması onların məsuliyyətdən yayınmasına imkan verməyəcək: "Artıq Ermənistan münaqişənin həlli istiqamətində yeni mövqe ortaya qoya bilər".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31