Paşinyana tanınan limiti uzatmaq olmaz
“Azərbaycan prezidenti İlham Əliyev Davosda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Bu onların ikinci görüşü olacaq”.
23 Yanvar 2019 12:21 Siyasət"Azərbaycan prezidenti İlham Əliyev Davosda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Bu onların ikinci görüşü olacaq".
"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoölu deyib ki, tərəflərin Düşənbə görüşündəki müzakirəsi davam edəcək: "Paşinyan Düşənbədə zəif baş nazir idi, çünki Ermənistan parlamenti hələ "Qarabağ klanının" nəzarətində idi. Ona görə Paşinyan Düşənbədə İlham Əliyevə qəti bir söz deyə bilməzdi. Buna baxmayaraq, Düşənbə görüşündən sonra atəşkəsin pozulması halları azalıb, buna görə Paşinyan İlham Əliyevə minnətdar olmalıdır, əks halda Paşinyan ciddi problemlərlə üzləşəcəkdi". Elxan Şahinoölu deyib ki, rəsmi Bakı Paşinyana dekabrda seçkini rahat şəkildə keçirməyə imkan tanıdı və o qələbə çaldı, "Qarabağ klanını" parlamentdən uzaqlaşdırdı: "Azərbaycan hakimiyyəti düşündü ki, "Qarabağ klanı"ndansa Paşiyanla danışıqlar aparmaq daha münasibdir. Doğru strategiya idi. Ancaq Paşinyana tanınan limiti uzatmaq da olmaz. Hazırda parlament Paşinyanın nəzarəti altındadır. Ona görə də Davos görüşünün məzmunu fərqli olmalıdır və artıq Ermənistanın baş nazirinə əlavə vaxt verməyə lüzum yoxdur".