Cavanşir Feyziyev Londona səfər edib

Milli Məclisin deputatı, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Londona səfər edib. MM-dən "Olaylar"a verilən məlumata görə, millət vəkili Böyük Britaniyanın İcmalar Palatasında həmkarları ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, dostluq qrupları çərçivəsində əməkdaşlıq və digər aktual mövzular ətrafında müzakirələr aparılacaq. Cavanşir Feyziyev, həmçinin, "London Post" qəzetinin baş redaktoru ilə görüşəcək. Tərəflər maraq doğuran məsələlər barədə öz fikirlərini bölüşəcəklər.Səfər yanvarın 27-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31