"Aksiyalar Makronun reytinqinə xeyli mənfi təsir etdi"

"Ümumiyyətlə Fransada keçirilən etiraz aksiyasının miqyası getdikcə azalır və azalmağa doğru da davam edəcək". Bunu  politoloq Elxan Şahinoğlu deyib.

"Çünki Fransa prezidenti Emanuel Makron müəyyən addımlar atacağını vəd edib. O bəzi aksiya iştirakçılarının bəzi tələblərini yerinə yetirib. Ancaq küçələrə daha radikal insanlar çıxır və polislərlə toqquşmalar olur. Həmin insanlara qarşı da müəyyən tədbirlər görür. Bu mənada düşünürəm ki, küçə yürüşləri, mitinqlər səngiməyə doğru gedəcək. Düzdür, insanların müəyyən qisminə rəğbət bəsləyirlər. Amma əgər küçələrə çıxanlar bankları dağıdırsa, maşınları aşırırlarsa, yandırırlarsa bu artıq cinayətdir. Beləcə onların insanlara dəstəyi getdikcə azala bilər. Bu baxımdan düşünürəm ki, hadisələr səngiməyə doğru gedəcək. Amma bu o demək deyil ki, bir müddət sona yenə də təkrarlanmayacaq. Əsas odur ki, bu hadisələr Makronun reytinqinə xeyli mənfi təsir etdi"-deyə, politoloq fikrini tamamlayıb.

Qeyd edək ki, Fransada keçirilən etiraz aksiyası nəticəsində yük maşını ilə toqquşan minik avtomobilinin sürücüsü həlak olub. Bununla da "sarı gödəkçə"lilərin aksiyası nəticəsində ölənlərin sayı 10 nəfər çatıb. Məlumata görə, etiraz iştirakçıları sürücüyə kömək etməyə çalışsalar da, 36 yaşlı kişini xilas etmək mümkün olmayıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31