Ölkəmizə qarşı şər kampaniyası davam edir
21 Dekabr 2018 17:27 SiyasətAzərbaycanı müstəqil siyasət yürütmək yolundan çəkindirmək mümkün deyil
Zaman-zaman anti-Azərbaycan qüvvələrinin xarici mətbuatda Azərbaycan dövləti, dövlət vaşçısı və onun ailə üzvləri ilə bağlı qərəzli, həqiqətə uyğun olmayan yazılarının şahidi olmuşuq. Lakin həmin yazıların heş biri təsdiqini tapmayıb, əksinə məqsədli şəkildə çap edildiyi aşkar olunub". Bunu "Olaylar"a deyən hüquqşünas Alim Hüseynli bildirib ki, Böyük Britaniyanın "The Guardian" nəşrində də çap olunan materiallar bu kampaniyanın tərkib hissəsidir: "Böyük Britaniyanın "The Guardian" nəşrində Azərbaycan Respublikası Prezidentinin ailə üzvləri ilə bağlı verilmiş material iftira və böhtan xarakterlidir, məqalədə irəli sürülən iddiaların heç biri doğru deyil və növbəti qarayaxma kampaniyasıdır. Məlum olduğu kimi Azərbaycan dövlətinin, xüsusən prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasət erməni diasporası və onların təsiri altında olan anti-Azərbaycan qüvvələrini qıcıqlandırır. Elə bu səbədən də ölkəmizin dünyada və regionda artan nüfuzuna xələl gətirməyə çalışırlar". Hüquqşünas qeyd edib ki, Azərbaycan istər uzaq xarici, istərsə də qonşu dövlətlərlə bərabərhüquqlu əməkdaşlıqda maraqlıdır. Xüsusən, Rusiya və MDB ölkələri, Türkiyə, İranla qarşılıqlı səmərəli əməkdaşlıq günü-gündən artmaqdadır. Bu baxımdan birmənalı şəkildə söyləmək olar ki, "The Guardian" nəşrində çap olunan material ölkəmizə qarşı təzyiq vasitəsidir. Ancaq qətiyyətlə demək olar ki, belə şər kampaniyalarla Azərbaycanı müstəqil siyasət yürütmək yolundan çəkindirmək mümkün deyil".